Dünya çempionatının 1/8 final mərhələsinə bu gecə yekun vurulacaq.
EDnews xəbər verir ki, son oyunda İsveçrə və Kolumbiya üz-üzə gələcək.
Bununla da son 1/4 finalçı müəyyənləşəcək və bu mərhələdəki bütün cütlərin adına aydınlıq gələcək.
Qarşılaşma Bakı vaxtilə saat 00:00-da başlayacaq.
DÇ-2026 1/8 final
00:00. İsveçrə - Kolumbiya.
***
Matç başladı.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Matçda əlavə vaxt olacaq.
90 dəqiqə 0:0 başa çatdı.
***
Əlavə vaxtın ilk hissəsi başladı.
***
Əlavə olunmuş ilk hissə başa çatdı.
***
Əlavə olunmuş ikinci hissə başladı.
***
Əlavə vaxtda da hesab açılmadı. Matçda penaltilər olacaq.
***
İsveçrə penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək, 72 il sonra 1/4 finala çıxır və Argentinaya rəqib olur.







