Əfqanıstanda 2021-ci ilin birinci yarısında dinc əhali arasında itkilər rekord həddə çatıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Əfqanıstandakı BMT Yardım Missiyasının (UNAMA) yayımladığı hesabatda qeyd olunub.
Xüsusilə beynəlxalq koalisiyanın ölkəni tərk etməsi və "Taliban"ın irəliləyişi fonunda may ayından bu yana baş vermiş toqquşmalarda ölən və yaralıların sayında kəskin artım qeydə alınıb.
Ümumilikdə 2021-ci ilin ilk yarısında ölkədə silahlı toqquşmalar nəticəsində ölənlərin sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 47 faiz artıb.