Moskva metrosunda Rusiya polislərinin mühafizəsi altında namaz qılan müsəlmanı əks etdirən video sosial şəbəkələrdə geniş rezonans doğurub.
EDNews.net Moderator.az-a istinadən rusdilli İslam saytlarına istinadla xəbər verir ki, hadisə “İnqilab meydanı” stansiyasının foyesində baş verib.
Videonun müəllifi dindarın hərəkətlərinə mənfi münasibət bildirib və polisdən metroda namaz qılmağın məqbul olub-olmadığını soruşub.

Bununla belə, hüquq-mühafizə orqanlarının nümayəndələri müsəlmanı müdafiə edərək onun hərəkətlərinin metrodan istifadə qaydaları ilə qadağan olunmadığını qeyd ediblər.
Metroda namaz qılan müsəlmanın tacik olduğu güman edilir.