Monteneqro Rusiya Federasiyasının bu Balkan respublikasındakı səfirliyinin demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb.
Ednews “tass”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı diplomatik nümayəndəliyindən məlumat verilib.
"Biz çıxarılma faktını təsdiq edirik. Demək olar ki, bütün diplomatik heyət ölkədən çıxarılır.
Monteneqro hakimiyyətinin Rusiya Federasiyasının ərazisindəki səfirliyinə qarşı düşmənçilik fəaliyyəti ilə əlaqədar konsulluq şöbəsinin işi 30 sentyabr 2022-ci ildən qeyri-müəyyən müddətə dayandırılıb”, - məlumatda qeyd edilib.