ABŞ-ın Suriyadakı hərbi bazası yaxınlığında bir neçə partlayış baş verib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Suriyanın Haseke vilayətinin cənubunda yerləşən Əş-Şəddadi bölgəsində qeydə alınıb.
Bu barədə məlumatı “Al Mayadeen” telekanalı yayıb.
Kanalın məlumatına görə, hərbi obyektin yaxınlığına 4 raket düşüb. Raketlərin haradan atıldığı və insidentin nəticələri barədə detallar açıqlanmayıb.
Bildirilir ki, Əş-Şəddadi bölgəsində səmaya pilotsuz uçuş aparatları qaldırılıb.