Türkiyədə zəlzələdə ölən 1297 nəfərin kimliyi MƏLUM deyil - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Türkiyədə zəlzələdə ölən 1297 nəfərin kimliyi MƏLUM deyil

Dünya A- A A+
Türkiyədə zəlzələlərdə həyatını itirən 1297 nəfərin şəxsiyyəti müəyyən edilməyib.
 
Ednews  Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.
 
Məlumatda 72-si uşaq olmaqla xəstəxana və çadırlarda müalicə alan 74 nəfərin şəxsiyyətinin müəyyən olunması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
 
Türkiyə Baş Polis İdarəsi Asayiş Şöbəsinin müdiri Vedat Mercan qeyd edib ki, həyatını itirən 3755 vətəndaşın şəxsiyyəti barmaq izi, 275 vətəndaş isə fotoşəkillə müəyyən edilib: 
 
“Hazırda DNT nümunələri, mümkünsə barmaq izi nümunələri götürdüyümüz və məzarlarını bildiyimiz, lakin şəxsiyyətini təyin edə bilmədiyimiz 1297 vətəndaşımız var. İşlər hələ də davam edir”.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...