Yaxın Şərqdə vəziyyət günü gündən gərginləşir, bunula bağlı İsrailin baş qərargah rəisi Herzi Halevi mətbuata açıqlama verib.
Ednews İsrail mediasına istinadən xəbər verir ki, Halevi verdiyi açıqlamada bildirib ki, İsrail-Livan sərhədində müharibə gözlənilir. Lakin bu müharibənin nə zaman başlayacağını müəyyən etmək mümkün deyil.
Qeyd edək ki, İsrail-Qəzza müharibəsi başlayandan bəri Hizbullah və İsrail arasında sərhəddə zərbələr endirilməyə davam edir.
Xatırladaq ki, İsrailin Livanı bombalamaq nəticəsində zamanı da 141-i Hizbullah üzvü, iyirmidən çox mülki şəxs və üç jurnalist olmaqla 193 nəfər həlak olub. İsrail isə doqquz əsgər və altı mülki vətəndaşın həlak olduğunu bildirir.
Loğman Yunis