"EDnyus" xəbər verir ki, ötən gün "Reuters" -ə müsahibə verən BCM prokuroru Kərim Xan İsrail Baş Naziri Benyamin Netanyahu haqqında verilən həbs qərarından danışıb. Qərarın düzgün olduğunu vurğulayan K.Xan bu qərarı İsrail hökümətinin Qəzzadakı müharibə cinayətlərinin araşdırılmağı üçün heç nə etməməyi ilə əlaqələndirib:
Biz burada son instansiya məhkəməsi olaraq fəaliyyət göstəririk və... bu məqamda İsrail dövlətinin həmin şübhəlilər üçün eyni hərəkətlər üzrə istintaq aparmaq üçün müvafiq hüquqi presedentə uyğun addımlar atdığını görməmişik".
O həmçin bəzi ABŞ konqresmenlərinin bu qərara münasibətinə və bu qərarın qəbul edilməməsi çağırışlarına dair münasibət bildirib və bu açıqlamaları "anlaşılmaz və qəbul olunmaz" adlandırıb.