İsrail və "Hizbullah" arasında atəşkəs barədə razılaşma əldə olunub.
EDnews xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər atəşkəs rejiminin bu gün yerli vaxtla saat 16:00-da qüvvəyə minməsi barədə razılığa gəliblər.
Bildirilir ki, razılaşma ABŞ və Qətərdən olan vasitəçilərin iştirakı ilə əldə olunub. İranın da prosesdə müəyyən rol oynadığı qeyd edilir.
CNN isə daha əvvəl ABŞ-nin İsraili Livandakı hərbi əməliyyatları genişləndirməmək barədə xəbərdar etdiyini yazmışdı.
Atəşkəs razılaşması regionda gərginliyin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir.






