Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifov vəzifəsindən azad edilib.
EDnews “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.
Məlumata görə, hələlik Balakən Gömrük İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olmayıb.







