ABŞ-də hazırlanmaqda olan “Qızıl günbəz” raketdən müdafiə sisteminin ilk sınağı uğurla başa çatıb.
EDnews xəbər verir ki, bu barədə “Sputnik Armenia” Pentaqon rəhbərinin “X” sosial şəbəkəsindəki açıqlamasına istinadən məlumat yayıB.
Heqset bildirib ki, dinamik avtonom müdafiə sistemi yaxınlaşan bir neçə hədəfi müəyyən edərək izləyib və onları məhv edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin mayında ölkə hakimiyyətinin “Qızıl günbəz” raketdən müdafiə sistemi üçün arxitekturanı seçdiyini açıqlayıb.
Məlumata görə, layihənin ABŞ-yə təxminən 175 milyard dollara başa gələcəyi bildirilir. Sistemin quru, dəniz və kosmik müdafiə komponentlərini əhatə edəcəyi qeyd olunur.
Trampın sözlərinə görə, sistemin onun ikinci prezidentlik müddətinin sonunadək istifadəyə verilməsi planlaşdırılır.







