Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda yerləşən nüvə obyektlərində yoxlamaların həyata keçiriləcəyini açıqlayıb.
EDnews xəbər verir ki, qurumdan verilən məlumata görə, İran ərazisindəki nüvə obyektlərində monitorinq və inspeksiya fəaliyyətləri planlaşdırılıb.
Bildirilib ki, yoxlamalar nüvə təhlükəsizliyi və şəffaflığın təmin olunması məqsədi daşıyır.
MAQATE nümayəndələri prosesin beynəlxalq öhdəliklər çərçivəsində aparılacağını vurğulayıblar.





