FİFA DÇ-2026-nı işıqlandıran paraqvaylı jurnalist və şərhçi Xorxe Veranın akkreditasiyasını ləğv edib.
EDnews xəbər verir ki, bu barədə "ABC Color" nəşri məlumat yayıb.
Məlumata görə, buna səbəb jurnalistin hakimlər və FİFA rəsmiləri haqqında dəfələrlə təhqiramiz ifadələr işlətməsi olub.
Bildirilib ki, Xorxe Vera xüsusilə DÇ-2026-nın D qrupunun ikinci turunda keçirilən Paraqvay - Türkiyə matçında (1:0) baş hakim İvan Bartonun idarəçiliyini sərt şəkildə tənqid edib.
Nəticədə jurnalist akkreditasiyadan məhrum olunmaqla yanaşı, peşə fəaliyyəti çərçivəsində stadionlara giriş hüququnu da itirib.
Qeyd olunub ki, Xorxe Vera sonradan səsləndirdiyi fikirlərə görə FİFA-dan və həmkarlarından üzr istəyib.







