Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda uzunmüddətli xarici səfərə çıxacağını və bu səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib.
EDnews xəbər verir ki, bu barədə Belarus dövlət agentliyi BELTA məlumat yayıb.
Məlumata görə, Lukaşenko bu barədə Baş nazir Aleksandr Turçinlə görüşü zamanı danışıb.
Prezident qeyd edib ki, səfərdən qayıtdıqdan sonra əldə olunan nəticələr və gələcək planlar ətraflı müzakirə ediləcək.
Bildirilib ki, Lukaşenko daha əvvəl də Vladimir Putinlə beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirəsini planlaşdırdığını açıqlamışdı.






