Albaniyada turizm layihəsi ilə bağlı etirazlar 24-cü gününə çatıb.
EDnews xəbər verir ki, paytaxt Tirana şəhərində keçirilən nümayişlər planlaşdırılan turizm layihəsi çərçivəsində bir çimərliyin satışına qarşı yönəlib.
Etirazçılar həmin ərazinin özəlləşdirilməsinə və tikinti layihəsinə verilməsinə etiraz edirlər.
Məlumata görə, mübahisəli layihənin ABŞ-dən olan iş adamı Jared Kushner və Ivanka Tramp ilə əlaqəli olduğu iddia edilir.
Nümayişçilər layihənin ekoloji və ictimai maraqlara zidd olduğunu bildirərək qərarın ləğvini tələb edirlər.
Etiraz aksiyalarının davam etdiyi bir vaxtda hökumət tərəfindən məsələyə dair əlavə açıqlama verilməyib.

.jpg)




