Perunun mühafizəkar "Xalq gücü" partiyasının lideri Keyko Fuximori iyunun 7-də keçirilən Prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.
EDnews yerli mediaya istinadən xəbər verir ki, bu barədə Perunun Seçki Prosesləri üzrə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, turda Fuximori səslərin 50,135 %-ni, solçu "Peru üçün Birlikdə" partiyasının namizədi Roberto Sançes isə 49,865 %-ni toplayıb.
Milli Seçki Münsiflər Heyəti iyulun 3-də K.Fuximorini rəsmən qalib elan edəcək.






