İranın öldürülən ali rəhbəri ayətullah Seyid Əli Xameneinin dəfn və vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edəcək.
EDnews İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti bildirib.
Bildirilib ki, cəmiyyət Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı tədbirlərə dair bəyanat yayıb.
Açıqlamaya əsasən, mərasimə gələnlər 10-dan artıq əvvəlcədən təyin olunmuş əyalətdə yerləşdiriləcək.
Məlumata görə, iştiraçıların məskunlaşması üçün 2 milyondan çox müvəqqəti yer proqnozlaşdırılıb.
Açıqlamada bildirilib ki, müşayiətçilərin 37 mini humanitar və könüllü, 30 mini isə hərbi qulluqçudur. İranın Qum, Xorasan-Rəzəvi əyalətlərində və İraqda Qızıl Ayparanın mərasimlərin işıqlandırılması qaydası barədə məlumatın sonradan elan ediləcəyi bildirilib.






