Dünya birjalarında neft qiymətləri sutkalıq ticarətdə artım nümayiş etdirib.
EDnews xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,09 ABŞ dolları və ya 0,13% bahalaşaraq bir barel üçün 68,78 ABŞ dollarına yüksəlib.
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,32 ABŞ dolları və ya 0,45% artaraq 72,12 ABŞ dolları təşkil edib.
Analitiklərə görə, neft qiymətlərində artım bazarda təkliflə bağlı narahatlıqların davam etməsi və investorların qlobal enerji bazarındakı riskləri qiymətləndirməsi fonunda müşahidə olunur/







