Suriyanın Homs əyalətindəki T-4 hərbi aerodromu yaxınlığında mina partlayışı nəticəsində beş nəfər həlak olub.
EDnews xəbər verir ki, bu barədə əyalətin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, Suriya ordusunun mühəndis bölmələri Homs - Palmira magistralında ərazinin planlı yoxlama zamanı həlak olanların meyitlərini aşkar ediblər.
İlkin məlumata görə, qurbanlar bir neçə gün əvvəl aerodromun yaxınlığındakı əraziyə qanunsuz daxil olublar və minaya düşərək həlak olublar.







