Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiya ərazisinə təxminən iki yüz dron buraxıb.
EDnews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında bildirilir.
Bildirilib ki, saat 8:00-dan 20:00-dək hava hücumundan müdafiə sistemləri 188 pilotsuz uçuş aparatını (PUA) vurub. Dronlar Belqorod, Kursk, Bryansk, Smolensk, Vladimir, Tver, Kaluqa, Oryol, Ryazan, Tula, Moskva vilayətləri, həmçinin Krım üzərində məhv edilib.







