Mütəxəssislər bildirirlər ki, həddindən artıq isti çay içmək ciddi sağlamlıq riskləri yarada bilər.
EDnews xəbər verir ki, araşdırmalara görə, temperaturu 65°C-dən yuxarı olan içkilərin müntəzəm qəbulu qida borusunun zədələnməsi və xərçəng riskinin artması ilə əlaqələndirilir.
Həkimlər çayı qaynadıqdan dərhal sonra deyil, bir neçə dəqiqə soyuduqdan sonra içməyi tövsiyə edirlər.
Qeyd olunur ki, təhlükə çayın özündən deyil, onun həddindən artıq isti temperaturda qəbul edilməsindən qaynaqlanır.







