"Bu müəllimlər işdən azad olunmalıdır"

Analitika 18:19 30.03.2018
Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə minimum nəticə göstərən müəllimlərlə bağlı sərt addımlar atılacağı, tədbirlər görüləcəyi ilə bağlı cəmiyyətdə gözləntilər olsa belə, ötən müddət ərzində bu baş verməyib. Bu azmış kimi, diaqnostik qiymətləndirmədə hansı müəllimlərin necə nəticə göstərməsi barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmayıb. Təhsil eksperti Kamran Əsədov Yeniavaz.com saytına açıqlamasında diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib: "2014-cü ildən etibarən Təhsil Nazirliyi orta məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün diaqnostik imtahanlara başladı. İlk vaxtlar sınaq imtahanı olaraq keçirilməyə başladı, sonradan oldu diaqnostik qiymətləndirmə.
 
Burada müəllimlərin yalnız bilikləri yoxlanıldı, bacarıqları yox. İştirakçılara 60 test tapşırığı təqdim edilir. İlk vaxtlar belə bir tələb qoyulmuşdu ki, 10 faiz nəticə göstərənlər diaqnostik qiymətləndirmədən keçmiş hesab olunacaq. Sonradan bu da dəyişdi, bilirsiniz ki, 2016-cı ilin yanvar ayının 1-dən ölkə başçısı müəllimlərin maaşının artırılması barədə sərəncam imzaladı, dərs saatları da artırıldı. Bundan sonra başladılar diaqnostik qiymətləndirmədə iştirak edənlərin topladığı bala görə onlara dərs saatı verməyə. Mənim fikrimcə, müəllim heç bir halda öz ixtisasından 50 faizdən aşağı nəticə göstərməməlidir. Müəllim özü 50 faizdən aşağı biliyə malikdirsə, qarşısındakına nə öyrədəcək?"
 
K. Əsədov bildirib ki, diaqnostik qiymətləndirmədə müəllimlərin hamısı iştirak etməyib: "Hazırda Azərbaycanın 4472 orta məktəbində 151 min müəllim çalışır. Amma diaqnostik qiymətləndirmədə onların 142 mini iştirak etdi. İştirak etməyənlər kimlər idi - diplomları dövlət nümunəli olmayanlar, belə deyək, ümumilikdə saxta diplomlular. İmtahanda iştirak edənlərin 45 faizə qədəri qənaətbəxş nəticə göstərməyib. Yəni diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin 55 faizinin nəticəsi 50 faizdən yuxarıdır, 45 faizininki isə 50 faizdən aşağı. Hətta onların içərisində 0, 1, 2 nəticə göstərən kifayət qədər müəllim var.
 
Maraqlıdır ki, Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədə nəticəsi zəif olan müəllimlərlə bağlı heç bir addım atmadı, saxta diplomlularla da bağlı heç nə etmədi. Ən azından zəif nəticə göstərən müəllimlər təlimlərə, təkrar imtahanlara cəlb edilməli idilər, amma olmadı. Diaqnostik qiymətləndirmələrə başlanılmasından artıq 4 ildən çox vaxt keçir - indiyədək məktəblər, rayonlar üzrə hansı müəllimin nə qədər bal toplaması ilə bağlı ictimaiyyətə açıq məlumat verilmir. Dövlət İmtahan Mərkəzi keçirdiyi imtahanların nəticələrini açıb ortaya qoyur ki, baxın, biz buyuq. Amma Təhsil Nazirliyi 4 ildir bu imtahanın nəticələrini açıqlamır, məsələn, bilinmir ki, Neftçala rayonunun məktəblərində bu müəllimlər filan qədər bal toplayıblar. Bunları ictimaiyyətə açıqlamaq lazımdır.
 
Nəticəsi aşağı olan müəllimləri işdən azad etmək, yerinə gənc, perspektivli, daha yüksək bilik və bacarıqlara malik olan şəxsləri götürmək lazımdır. Rəqabət mühiti formalaşdırılmalıdır.
 
Məsələn, Rusiyada hər il imtahan keçirilir, müəyyən bal baryeri qoyulur, ondan aşağı nəticə göstərən müəllimlər işdən uzaqlaşdırılır və onlara gələn il imtahan vermək şansı yaradılır. Amma bizdə isə uzun müddət ərzində bir ixtisası tədris edən müəllimlər var ki, işləri ancaq məktəbə gedib qeybət edib sonra evə qayıtmaqdan ibarətdir. Keçdikləri dərs bir yana qalsın, özləri heç nə bilmirlər. Çünki məktəblərdə nəticəyönümlülük, hesabatlılıq yoxdur. Ancaq kağız-kağız oyunudur, jurnal-jurnal oyunudur, qayıb-qayıb oyunudur.
 
Hesab edirəm ki, Diaqnostik Qiymətləndirmədə 50 faizdən az bal toplayan müəllimləri işdən azad etmək, onların yerinə daha yüksək bilikli müəllimləri müsabiqə və müsahibə yolu ilə götürmək lazımdır".
Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Bilik Alveri: Repetitorluq Təhsil Bazarını Necə Şəkilləndirir?
12:03 15.06.2025
"İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır"
10:49 15.06.2025
Yeni Dövrün Səssiz Pandemiyası: Yuxusuzluq və Gecə Gərginliyi
01:01 15.06.2025
Qurtuluşun Kodları: Bir Millətin Zamanla Müqaviləsi
00:01 15.06.2025
İsrail-İran Qarşıdurması: ABŞ Üçün Əxlaqi İflasın Başlanğıcı Şahlar Ruhi yazır...
20:17 14.06.2025
Ərdoğan Pezeşkianla İsrail-İran gərginliyini müzakirə edib
19:38 14.06.2025
"İsrail regional və qlobal təhlükəsizliyi təhdid edir"
19:11 14.06.2025
"Rusiya İsrailin hərbi əməliyyatını pisləyir"
18:52 14.06.2025
"Meta AI": Məxfi istifadəçi məlumatlarını gizlətmir?
18:40 14.06.2025
"Ukraynadakı PUA-lardan müdafiə sistemlərinin bir qismi Yaxın Şərqə köçürülüb"
18:31 14.06.2025
İlham Əliyev Britaniya Kralını təbrik edib
18:25 14.06.2025
Bu qidalar dərisi yağlı olanlara zərər vurur
17:56 14.06.2025
Kreditlə telefon ala bilmədi, mağazanı qarət etdi
17:38 14.06.2025
Yaşıl çayı haradan alırıq?
16:56 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana aşkarlanıb
16:33 14.06.2025
Çin şirkəti Qazaxıstanda ikinci AES-in tikintisi üzrə konsorsiumun lideri olacaq
16:24 14.06.2025
CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 86-ya çatıb
15:56 14.06.2025
"Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər"
15:07 14.06.2025
"Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil"
15:05 14.06.2025
" İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb"
14:59 14.06.2025
"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
14:31 14.06.2025
İranda daha üç nüvə alimi öldürülüb
14:07 14.06.2025
Bakıda ekstazi həblərini toz formasında satmaqda şübhəli bilinən şəxslər saxlanılıb
14:03 14.06.2025
"Tehran yandırılacaq"
14:01 14.06.2025
"ABŞ İsrailə mane olmayacaq"
13:58 14.06.2025
Beyləqanda bazarda YANĞIN - 16 nəfər xəstəxanaya hospitalizasiya olunub
13:46 14.06.2025
Hindistanda baş verən aviaqəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?
13:35 14.06.2025
Tarixi-mədəni abidələrin vahid pasport sistemi yaradıldı
13:21 14.06.2025
Rusiya XİN Azərbaycana təşəkkür etdi
13:18 14.06.2025
Roma Papası İran və İsraili ağıllı davranışa çağırıb
13:03 14.06.2025
" Avropa İttifaqı haradadır? "
13:02 14.06.2025
Bakıdan Qazaxa sürətli qatarlarla sərnişindaşımaya başlanacaq
12:59 14.06.2025
"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
12:23 14.06.2025
İsrailin zərbəsi nəticəsində 60 nəfər öldü
12:02 14.06.2025
Devid Bekhem "cəngavər" oldu
11:46 14.06.2025
Polşa Prezidenti Sinqapurdan qayıda bilmir
11:32 14.06.2025
70 minə yaxın namizəd MİQ imtahanı verəcək
11:27 14.06.2025
II Türk Ticarət Sərgisi: Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisindən Reportaj
11:17 14.06.2025
İranın Baş Qərargah rəisinin iki müavin həlak olub
11:08 14.06.2025
İranın iki raketi İordaniya və Suriyaya düşüb
11:05 14.06.2025
Hamısı