Bəşəriyyətin üz-üzə qaldığı problem: Yeniyetmələri sosial şəbəkələrin fəsadlarından necə qoruyaq? - TƏHLİL

Analitika 14:40 02.12.2024

Gündəlik həyatımızı sosial mediasız təsəvvür etmək mümkünsüzdür və bu proses bütün dünyada gedir. Bu platformalardan istifadə edənlərin sayı durmadan artır və açıqlanan rəqəmlərə görə, sosial şəbəkə istifadəçiləri artıq 4 milyardı ötüb.

Tendensiya yüksələn xətlə gedir və etiraf edək ki, sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, mənfi halları ilə həyatımızdadır. Bu platformaya daxil olan ünsiyyət vasitələrinin yetərincə müsbət və gündəlik həyatımız üçün yararlı funksiyaları danılmazdır. Lakin həyəcan doğuran hallar da var. Xüsusən də uşaq və yeniyetmələr arasında bu platformaların fantastik populyarlığı hiss olunur. Söhbət sosial şəbəkələrdən asılılıqdan gedir.

Xüsusən də, yeniyetmələrin formalaşmasına zərər vuran əlamətlər diqqət yetirilməli məqamlardandır. Bu yaş kateqoriyasına aid olanlar arasında asılılıq meylləri artsa da, çoxları həddən ziyadə sosial media asılılığını ya gec dərk edir, ya da bunu anlamaq və etiraf etmək istəmir.

Problemin ciddiliyi bir sıra ölkələri hərəkətə keçirib və Avstraliya bu sırada öncül ölkə olub. Bu ölkənin parlamenti 16 yaşına çatmamış uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib (bundan əvvəl Facebook və ya TikTok kimi sosial şəbəkələr 13 yaşdan etibarən istifadəçiləri qeydiyyata ala bilirdi). Ölkə hökumətinin mətbuata açıqlamasında bildirilir ki, sənədin qəbul edilməsindən məhdudiyyətlərin qüvvəyə minməsinə qədər ən azı 12 ay keçəcək.

Ölkənin Baş naziri Entoni Albanese bu məhdudiyyət ideyasını ölkənin gənc sakinlərinin psixi sağlamlığına qayğı ilə izah edib. "Uşaqlarımızın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni etməliyik", - baş nazir vurğulayıb: “Avstraliyanın harasında olsam da, bilirəm ki, anaları və ataları narahat edən ən böyük problemlərdən biri sosial şəbəkələrin onların uşaqlarının rifahına təsiridir". Baş nazir ölkənin səkkiz ştatının və ərazisinin rəhbərliyinin dəstəyini qazanıb.

“Guardian Essential”ın iyun sorğusu göstərib ki, ölkə seçicilərinin 44%-i uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasının birmənalı tərəfdarıdır. Daha 24% bu ideyanı "müəyyən dərəcədə" dəstəkləyib. Respondentlərin yalnız 14%-i qəti şəkildə əleyhinə çıxıb.

Dünya praktikasında sosial qadağalar

Bəs bu cür qadağaları tək Avstraliya qəbul edir? Xeyr. Oxşar tədbirlər digər ölkələrdə də elan edilir və ya qəbul edilir. Məsələn, 2024-cü ilin oktyabrında Norveçdə sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin 13 yaşdan 15 yaşa qaldırılması elan edilib. Hökumət təşəbbüsü texnologiya şirkətlərinin "kiçik uşaqların beyinlərinə qarşı" olduğunu və onları "alqoritmlərin hakimiyyətindən" qorumaq lazım olduğunu izah edib.

2023-cü ildə Fransada 15 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrdə hesab yarada bilməsi üçün valideyn razılığının tələb olunduğu qanun qəbul edildi. 2024-cü ilin aprelində Fransa Prezidenti Emmanuel Makronun tapşırığı ilə yaradılmış ekspert qrupu 13 yaşdan kiçik uşaqlara internetə çıxışı olan smartfonlardan, 11 yaşdan kiçiklərə isə ümumiyyətlə mobil telefonlardan istifadəni qadağan etməyi tövsiyə edib. “Reuters”in xatırlatdığı kimi, Almaniyada 13-16 yaş arası yeniyetmələr sosial şəbəkələrdən istifadə üçün valideyn razılığı almalıdırlar. Nəşr əlavə edib ki, İtaliyada 14 yaşdan kiçik şəxslər oxşar razılıq almalıdırlar.

Azərbaycanda da məhdudiyyətlər tətbiq edilməlidir

Bəs ölkəmizdə bununla bağlı məsələ nə yerdədir? Azərbaycan sivil dünyanın bütün yenilikləri, o cümlədən sosial şəbəkələrdən istifadədə öncüllərdəndir. Bütün sosial şəbəkələrə giriş hər kəs, o cümlədən yeniyetmələr üçün açıqdır. Avstraliya və digər ölkələrdə olduğu kimi, ölkəmizdə də bu məsələ son illər aktuallaşıb. Günümüzün reallığı odur ki, Azərbaycanda da yeniyetmələrin sosial şəbəkələrdən asılılığı, aludəçiliyi ciddi təhlükə həddindədir.

Dünyada bu sahədə yaşanan hallar, sosial şəbəkələrdə trendlər dərhal Azərbaycanda da qabarıq üzə çıxır. “Mavi balina” oyununu, müxtəlif asılılıq yaradan halları yada salaq. Bu tip oyunlar gənclərin hətta intihar etməsinə belə gətirib çıxarırdı. Bəs bütün bunlardan çıxış yolları varmı? İlk növbədə Avstraliya hökumətinin praktikasından yararlanıb məhdudiyyətlər tətbiq etmək olar. İlk növbədə, yeniyetmələrin sosial şəbəkələrdəki səhifələrini daima nəzarət altında saxlamaq gərəkdir. Bu məsələdə valideynlər də diqqətli olmalı və uşaqlarını nəzarətdən kənar buraxmamalıdırlar.

Yeniyetmələri sosial şəbəkələrdən qorumaq həqiqətən lazımdırmı?

Bu barədə müzakirələr müxtəlif səviyyələrdə aparılır: xüsusən də, siyasətçilər, alimlər və psixi sağlamlıq sahəsində çalışan mütəxəssislər arasında. Məsələ ondadır ki, istifadəçi sosial media şəbəkələrindən istifadə edərkən istifadə müddəti üzərində nəzarətini itirir. Belə istifadəçilər özlərində davamlı şəkildə sosial media şəbəkələrində vaxt keçirmək ehtiyacı hiss edirlər, digər fəaliyyətlər (istər iş, istər asudə vaxt, istərsə də yeniyetmələrdə məktəb və dərs hazırlığı) ciddi şəkildə arxa plana keçir. Alimlər uşaq və yeniyetmələrin sosial media asılılığından qorunması üçün ilk addımın valideynlərin özündən başlamalı olduğunu bildirirlər. Övladına müsbət örnək olan valideyn onun tezliklə bu bəladan azad olmasına və normal həyat axarına dönməsinə şərait yarada bilər.

TikTok və Snapchat-dan Avstraliyaya cavab

Sözügedən sosial şəbəkələr də Avstraliya hökumətinin qərarına səssiz qalmayıblar. TikTok və Snapchat sosial şəbəkələri ölkənin federal parlamenti tərəfindən uşaq və yeniyetmələr üçün sosial şəbəkələrin qadağan edilməsinin təsdiqlənməsindən sonra Avstraliyanın milli qanunvericiliyinə riayət edəcəklərinə söz veriblər. ByteDance və Snap Group şirkətlərinin nümayəndələrinin müvafiq bəyanatlarını ABC yayım korporasiyası təqdim edib.

TikTok-un nümayəndəsi "gənc istifadəçilərin təhlükəsizliyinin platforma üçün əsas prioritet olaraq qaldığını" bildirib. "Biz yeniyetmələrin təhlükəsizliyini təmin etmək və yeni qanunun bütün avstraliyalılar üçün gözlənilməz nəticələrini azaltmaq üçün yüksək standartlara riayət etməyə davam edəcəyik", - bəyanatda qeyd olunub. Snapchat-ın nümayəndəsi də "şirkətin Avstraliyanın bütün qanun və qaydalarına riayət edəcəyini" vəd edib, lakin yeni qaydaların "ciddi narahatlıq" doğurduğunu qeyd edib.

"Bu qanunun praktikada necə tətbiq olunacağı barədə hələ çox suallar var, lakin biz məxfilik, təhlükəsizlik və praktikliyi tarazlaşdıran yanaşma hazırlamaq üçün növbəti 12 ay ərzində hökumətlə sıx əməkdaşlıq edəcəyik", - Snap Group-dan bildirilib. Qadağa altına düşən Instagram və Facebook sosial şəbəkələrinin sahibi olan Meta şirkəti də qanunun qəbul edilmə sürətindən narahat olduğunu bildirib.

Beləliklə, mövcud durum bəşəriyyəti çox ciddi problemlə üz-üzə qoyub. Ən təhlükəlisi odur ki, bu, artıq hər birimizin evinə daxil olub. Uzaq Avstraliya ilk olaraq həyəcan təbili çalan ölkələrdən olub. Yaşanan neqativ hallar belə deməyə əsas verir ki, bu təşəbbüsün və qəbul edilən qanunun bütün ölkələrdə tətbiq edilməsi zərurəti yaranıb. Əks təqdirdə, bunun fəsadları daha ağır ola, hər bir ailə, ümumilikdə cəmiyyət üçün olduqca pis nəticələr verə bilər.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Hamısı