Trampın Yaxın Şərq triumfu: İnqilablarla yox, bizneslə fəth

Analitika 09:19 24.05.2025

Donald Tramp ABŞ-də prezident kimi fəaliyyətə başladıqdan sonra ilk səfərini üç Körfəz dövlətinə etməsi, səsləndirdiyi bəyanat və mesajlar dünyanın diqqət mərkəzindədir. Tramp öncə Səudiyyə Ərəbistanında, sonra Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oldu. Bundan əvvəl yalnız Papanın vəfatı ilə əlaqədar Romaya spontan səfər olmuşdu. Trampın bu ziyarəti təkcə diplomatik deyil, ölkənin liderlik rolunu yenidən formalaşdırmaq, xüsusilə Çinlə daha böyük qarşıdurmalara hazırlamaq üçün strateji gediş kimi qiymətləndirilir.

“EDnews”  "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

ABŞ biznesinin elitası

Tramp ilk növbədə ABŞ iqtisadiyyatının sağlamlaşdırılmasına köklənib, bunun üçün isə ona pul lazımdır. Körfəz monarxiyaları da okeanın o tayına böyük investisiya axınları təmin edə bilər, ona görə də Ağ Ev rəhbərinin ABŞ biznesinin elitasını özü ilə Ər-Riyada aparması təəccüblü deyildi: "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask, "Meta"nın baş direktoru Mark Zukerberg, "Boeing"in baş direktoru Kelliy Ortberg, "Citigroup"un rəhbəri Jane Fraser, "OpenAI" şirkətinin rəhbəri Sam Altman, Tramp administrasiyasında süni intellekt və kriptovalyutaları kurasiya edən investor David Saks.

600 milyardlıq sövdələşmə

Səfərdən əvvəl ABŞ mediası yazırdı ki, Səudiyyə Ərəbistanı ABŞ-yə 600 milyard dollar, BƏƏ isə 1.4 trilyon dollar investisiya qoya bilər. Trampın özü ikinci prezidentlik müddətinin əvvəlində səudiyyəlilər ABŞ iqtisadiyyatına oxşar məbləğdə investisiya planlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının investisiyalarını bir trilyon dollara qədər yuvarlaqlaşdırmaq hələ mümkün olmayıb, lakin Tramp gözlənilən minimumu əldə edib: onun Ər-Riyada səfərinin ilk günündə Ağ Ev "tarixi sövdələşmə" barədə məlumat verib. "Bu, Vaşinqton və Ər-Riyad arasında tərəfdaşlığın yeni qızıl dövrünü açır", - məlumatda bildirilib.

Sövdələşmənin 142 milyard dolları silah alışı və Səudiyyə ordusunun amerikalılar tərəfindən təlimi üçün olan müqavilələrdir. Bu, silah satışı üzrə tarixdə ən böyük sövdələşmədir. Digər müqavilələr Səudiyyə Ərəbistanına qaz turbinləri və "Boeing 737-8" təyyarələrinin tədarükü, ABŞ-də data mərkəzləri və enerji infrastrukturunun qurulması, Miçiqanda tibbi məhlulların istehsalı üçün yeni yüksək texnologiyalı zavodun inşası və digər layihələrə aiddir.

Zəfərə çevrilən səfər

Tramp açıq bəyan etdi ki, səfərə ərəb ölkələrindən ABŞ iqtisadiyyatına investisiyalar cəlb etmək üçün gedir. Bu mənada yekunda səfər zəfərə çevrilib. Ümumilikdə, ABŞ tək Qətərlə 1.2 trilyon dollar məbləğində iqtisadi əməkdaşlıq sazişi bağlayıb. ABŞ şirkətləri BƏƏ və Səudiyyə Ərəbistanında məlumat mərkəzlərinin qurulması, mikroçiplərin tədarükü və süni intellektin inkişafı üçün çoxmilyardlıq müqavilələr imzalayıb. Müqavilələri tənqid edənlər deyirlər ki, Tramp istehsalı ABŞ-yə qaytarmaq istədiyini söyləməkdə davam edir, lakin o, gələcəyin kritik sənayesini "autsorsing" edir.

İnqilablarla deyil, bizneslə fəth

Maraqlıdır ki, sələflərindən fərqli olaraq, Tramp Yaxın Şərqi müharibələr və inqilablarla deyil, biznes vasitəsilə fəth etmək istəyir. "Bütün dünya üçün anlamaq vacibdir ki, bu gözəl transformasiya qərb müdaxiləsi, yaxud gözəl təyyarələrdə uçan və sizə necə yaşamaq, işlərinizi necə aparmaq barədə mühazirələr oxuyan insanlar nəticəsində baş verməyib. Ər-Riyadın və ya Əbu-Dabinin parlaq gözəllikləri, trilyonlar xərcləyən, lakin Kabil, Bağdad və bir çox digər şəhərlərin inkişafına kömək etməyən "millət qurucuları", neokonlar və ya liberal QHT-lər tərəfindən yaradılmayıb. Müasir Yaxın Şərqin doğuluşu bu regiondan olan insanlar sayəsində baş verib. Məhz burada olan insanlar, bütün həyatlarını burada yaşayan və öz suveren dövlətlərini inkişaf etdirən insanlar sayəsində", - Trampın Ər-Riyadda investisiya forumunda səsələndirdiyi bu fikirlər gurultulu alqışlarla qarşılanıb.

Səudiyyəlilərlə danışıqlar çərçivəsində Tramp amerikalıların rifahı üçün vacib olan daha bir şərtə - neft qiymətlərinin aşağı salınmasına nail olmaq istəyirdi. Burada hələlik hər hansı bir irəliləyiş barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı, neft kartelinin digər üzvləri Rusiya ilə əməkdaşlığa maraq göstərirlər və yalnız Trampa xoş gəlmək üçün OPEC+ sazişini risk altına atmayacaqlar.

Donald Tramp və Əhməd əş-Şaraanın görüşü

ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yalnız ticarət və hərbi sazişlərlə yekunlaşmayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Trampla görüşü zamanı bölgədə sülh və əməkdaşlıq üçün çox mühüm addım atılıb. Tramp Salmanın təklifi ilə Ər-Riyadda Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şaraa ilə görüşüb. Tramp bu görüşdə ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etdiyini bildirib. Bu, Suriya və bölgə ölkələri üçün çox vacib qərardır. Çünki ABŞ-nin Suriyaya tətbiq etdiyi sanksiyalar bu ölkənin iqtisadi problemlərinin həllinə mane olur. Sanksiyaların ləğvindən sonra Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələr Suriyaya yatırımlarını artıracaqlar.

Yekun olaraq onu deyə bilərik ki, Trampın səfərinin hədəfi Çinin əsas ticarət tərəfdaşına çevrilən Körfəz ölkələrini öz tərəfinə çəkmək idi və buna qismən nail olduğunu ehtimal etmək olar.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Hamısı