İsrail-İran müharibəsi, qeyb olan "qırmızı cizgi"lər və Zəngəzur dəhlizi

Analitika 12:21 16.06.2025

İsrail-İran müharibəsinin nəticələrindən asılı olmayaraq bütün regional təhlükəsizlik arxitekturasına və qüvvələr konfiqurasiyasına təsir edəcəyi şübhəsizdir. İranın hazırkı quruluşunun müharibədən sonra yeni bir siyasi sistemə transformasiya olunacağı artıq indidən bəllidir. Tehranın nüvə proqramını hədəfləyən "Oyanan şir"in şikarının hərbi qüdrətini sarsıltmaqla qane olmayacağı aydın görünür. İsrail rəsmiləri ən yüksək səviyyədə hədəfdə İrandakı siyasi rejimin olduğunu bəyan edirlər. Bu isə o deməkdir ki, ötən əsrin 80-ci illərindən etibarən formalaşan regional qüvvələr balansında köklü dəyişikliklər olacaq.

 
Hətta baş verə biləcək möcüzə halında - İrandakı klerikal siyasi-dini hakimiyyət formatının mövcudluğunu qoruyub saxlaması ssenarisində belə, hərçənd ki, bu, artıq mümkünsüz görünür, - Tehranın bölgədə və daha geniş arealda hadisələrə təsir və dövlətlərin daxili işlərinə müdaxilə etmək taqətinin qalmayacağı indidən görünür. Dövlətin demək olar, bütün hərbi və təhlükəsizlik elitası sıradan çıxarılıb. Səhər yüksəkrütbəli hərbi vəzifəyə təyin olunan şəxs axşam İsraildən gələn uzaqmənzilli raket, zərbə dronu və ya İranın "ciyərlərinə qədər" yoluxmuş kəşfiyyatın gizli əməliyyatının qurbanı olur. Bu müharibə İrandakı dini rejimin illər boyu yetişdirdiyi kadr potensialının tamamilə sıradan çıxarılması ilə də yadda qalacaq.

İsrail-İran müharibəsindən sonra formalaşacaq yeni geosiyasi reallığın təsirsiz ötüşməyəcəyi faktorlardan biri də Zəngəzur dəhlizi olacaq. İkinci Qarabağ savaşından sonra İranın regional hikkəsi və geosiyasi höcətliyinin qurbanına çevrilmiş, qlobal logistika prosesinin tərkib hissəsi olan bu layihə Tehranın fərz etdiyi "qorxu"lar səbəbindən heç cür reallaşa bilmirdi. 4 ildir biz İranın unikal dirənişindən doğan qəliz situasiyanın şahidiyik: Ukraynadakı müharibə səbəbindən transmilli marşrutların yenidən format olunması fonunda qlobal ticarətin Cənubi Qafqazdan keçən Orta dəhlizə möhtac qaldığı halda, bir tək İran bu qarşısıalınmaz axına zidd gedərək cəmi bir neçə kilometrlik nəqliyyat infrastrukturunun bərqərar olmasına əngəl yaradır. Zəngəzur dəhlizinin tək Azərbaycana, hətta bütün dünyaya deyil, Ermənistanın özünə də iqtisadi fayda gətirəcəyini İrəvandakıların belə anladıqları reallıqda Tehranın islaholunmaz höcətliyinin arqumentli izahı yoxdur.

Zəngəzur dəhlizini özünün "qırmız cizgilər"i elan edən İranın bu mənasız və məntiqsiz müqavimətinin qaynaqlandığı səbəblər də qeyri-ciddi görünür: bu yol çəkilərsə, İranın şimalla - Rusiya və Avropa ilə əlaqəsi kəsiləcək. Deməli, layihə İranın milli maraqlarına qarşı yönəlib və təhlükəsizliyinə təhdiddir. Bir yolun İran boyda köklü (əslində müharibə göstərir ki, köksüz - müəll.) dövlətin milli təhlükəsizliyinə necə təhdid olması həqiqətən də qəribə və gülünc səslənir. İrandan Ermənistan vasitəsilə şimala doğru uzanan bir trasın üzərindən körpü və ya altından bir tunel vasitəsilə keçəcək digər yolun milli maraqları necə təhlükə altına salacağını dünən İsrailin dəqiq zərbəsi ilə vurulan İran XİN-nin binasında oturan xarici siyasət mütəxəssislərindən başqa heç kim bilmir.

Hər şey əslində, gün kimi aydındır: Zəngəzur dəhlizi transmilli logistik marşrutun qollarından biri olmaqla yanaşı, həm də Türkiyə və Azərbaycanı birləşdirəcək böyük türk dünyası coğrafiyasında bir körpü rolunu oynayacaq. Tehrandakıları narahat edən də elə budur. O həddə ki, sadəcə bir ticarət marşrutuna "bölgədəki sərhədlərin dəyişilməsi" təhlükəsi donunu geyindirməkdən belə usanmırdılar.

Son dörd ildə İran təki bu layihə baş tutmasın deyə hansı əməllərə əl atmamışdı? Diplomatlar üçün "Oscar" mükafatı təsis edilərsə, onun ilk nominantı və qalibinin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin ola biləcəyi şübhəsizdir. İran səfirinin misilsiz çabaları ilə bu illərdə sərhədindən cəmi bir neçə kilometr məsafədə - qədim türk torpağı olan Qafanda konsulluq təsis etməyə belə ərinmədi. Halbuki bunun nə bir siyasi, nə diplomatik, nə də coğrafi əsası var idi. İranda asqıranda, Qafanda maska taxırlar ki, qripə yoluxmasınlar...

İranın şimala doğru bütün ticarət və yük yolları Şimal-Cənub dəhlizi vasitəsilə Ermənistan deyil, Azərbaycandan keçir. İllərlə bu infrastrukturun keçid gücünün artırılmasına Rusiya, Azərbaycan və İranın özü tərəfindən milyonlarla dollar yatırılır. Ermənistanın İranın şərti şimalla əlaqəsini təmin edən tranzit təyinatlı infrastrukturu isə nəinki yoxdur, onun yaxın illərdə belə ərsəyə gəlməsi üçün nə maliyyə, nə də siyasi əsas var. Üstəlik, İranın Zəngəzur dəhlizinə qarşı çıxıb öz ərazisindən "Araz dəhlizi" adını almış analoji yolun çəkilişinə razılıq verməsi də qeyri-normal görünür. Necə olur ki, bu dəhliz Tehranın şimala uzanan yollarını bağlamır, amma Zəngəzur dəhlizi bağlayacaq?

İsrailin İranı gözlənilən məğlubiyyətə uğradacağının Zəngəzur dəhlizinin də reallaşması yolunu açacağı şübhə doğurmur. Özü də tək İranın layihəyə müqavimət göstərməyə taqətinin qalmayacağı baxımından deyil. Zəngəzur dəhlizinin Ermənistanın dünyaya bağlanmaq üçün nəfəslik roluna malik olacağına görə. İsraillə İran arasında başlanan müharibənin elə ilk günündə ermənilərin dərin düşünmək qabiliyyətinə malik azsaylı siyasət adamları dünyaya çıxışları üçün yeganə istiqamət kimi Gürcüstanın qaldığını yazmağa başladılar. Gürcüstan özünün Qara dəniz limanları ilə Ermənistanın Avropa ilə ticarət əməliyyatlarını təmin edir. Ancaq İrəvanın ticarət dövriyyəsinin əhəmiyyətli qismi olan Rusiya ilə əlaqə yenə də qış aylarında keçilməz olan Roksk tunelinə möhtac qalır. Odur ki, müharibə bitər-bitməz İrəvandakıların özlərinin iməkləyə-iməkləyə Zəngəzurdan keçəcək bir neçə kilometrlik yolun açılışı üçün yalvaracaqları gün çox da uzaqda deyil. Bunun hətta ayın 20-də Paşinyanın Türkiyəyə səfəri zamanı baş verəcəyi də istisna olunmur. Nə İranı vecinə alan olacaq, nə də onun "qırmızı cizgilər"ini. Ələlxüsus da sahiblərini əlcək kimi dəyişməyə adətkər olan ermənilərin. İndi İranın nəinki qırmızı, ümumiyyətlə, heç bir cizgisi qalmayıb. İsrail qırıcıları oradan girib-buradan çıxır, raketlər İran məmurlarını evlərinin yataq otaqlarında haqlayır.

Müəllif: Rüstəm Qaraxanlı

Mənbə: Oxu.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb
12:05 10.07.2025
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi
11:50 10.07.2025
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı
11:20 10.07.2025
"Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq"
11:05 10.07.2025
Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə razılaşma baş tutub
10:50 10.07.2025
İsveçin miqrasiya naziri ifrat sağçı qohumu səbəbilə təzyiqlərlə üz-üzədir
10:35 10.07.2025
Füzuliyə beynəlxalq səyyahlar gəliblər
10:20 10.07.2025
Ağdərədə baş verən mina partlayışında bir nəfər yaralanıb
10:05 10.07.2025
İyulun 10-u Ümumdünya Hüquq Günüdür
09:50 10.07.2025
Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin 95 yaşı tamam olur
09:35 10.07.2025
Azərbaycan neftinin qiyməti bahalaşıb
09:20 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
09:08 10.07.2025
Dünya bazarında qızıl və gümüşün qiyməti qalxıb
09:05 10.07.2025
ABŞ Şri-Lankadan idxala 30% rüsum tətbiq edəcək
08:48 10.07.2025
Aralıq dənizi quruyur -BMT-nin 2030 xəbərdarlığı
08:18 10.07.2025
Abdulla Öcalan niyə PKK-ya ikinci dəfə çağırış etdi? -Ekspert danışdı
07:48 10.07.2025
ABŞ-da qızılcanın sayı rekord həddə çatıb
07:19 10.07.2025
Bitkoinin qiyməti tarixi maksimumu yeniləyib
06:51 10.07.2025
Qlobal istiləşmə vulkanları oyada bilər
06:23 10.07.2025
Fransa və Böyük Britaniya "nüvə məsələsi"ndə birgə hərəkət edəcək
05:50 10.07.2025
NASA-da istefa dalğası: 2000-dən çox rəhbər işdən çıxır
05:17 10.07.2025
"Microsoft" süni intellektin hesabına 500 milyon dollara qənaət edib
04:44 10.07.2025
Aralıq dənizinin dibindən İsgəndəriyyə mayakı çıxarıldı
04:20 10.07.2025
HƏMAS 10 israilli girovu azad etməyə razıdır
03:48 10.07.2025
Rəhman Bədəlov vəfat etdi
03:13 10.07.2025
Cənubi Koreyanın eks-prezidentini həbs olundu
02:48 10.07.2025
"OpenAI"öz brauzerini yaradır
02:15 10.07.2025
Tramp Braziliya mallarına 50% rüsum təyin etdi
01:42 10.07.2025
Yuxu terroru niyə baş verir? -Ekspert danışdı
01:19 10.07.2025
Kral III Çarlzın gözü "qan çanağına döndü"
00:46 10.07.2025
Reynir vulkanı ətrafında nə baş verir? -Bir gecədə yüzlərlə zəlzələ oldu
00:11 10.07.2025
"Sağlam girdiyim xəstəxanadan əlil çıxdım"
23:38 09.07.2025
Əbu-Dabi görüşü Cənubi Qafqaza nə vəd edir?
23:08 09.07.2025
"Nvidia"nın bazar dəyəri 4 trilyon dolları ötüb
22:43 09.07.2025
"X"in baş direktoru istefa verdi
22:13 09.07.2025
Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
Mərkəzi Asiyanın ən güclü superkompüteri işə salındı
20:30 09.07.2025
ABŞ-yə giriş pullu olacaq
20:00 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Hamısı