Tehran ümidini Çinə bağlayır: ABŞ-İran memorandumu nəyi dəyişəcək?

Tehran ümidini Çinə bağlayır: <span class="text-danger">ABŞ-İran memorandumu nəyi dəyişəcək?</span>

İranda hakim rejim mümkün yeni qarşıdurma ehtimalını nəzərə alaraq hərbi və strateji hazırlıqlarını sürətləndirir. Tehran anlayır ki, Vaşinqtonla aparılan nüvə və təhlükəsizlik danışıqlarında ciddi güzəştlərə getməyəcəyi halda, növbəti hərbi-siyasi toqquşma qaçılmaz ola bilər. Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ, onun regional müttəfiqləri və Çinlə formalaşan mürəkkəb geosiyasi rəqabət İranı yeni seçimlər qarşısında qoyur.

Belə bir şəraitdə əsas suallardan biri Tehranın ümidini nə dərəcədə Pekinə bağlamasıdır. Çinlə strateji tərəfdaşlığı dərinləşdirməyə çalışan İran, Qərbin sanksiyaları və təzyiqləri fonunda özünü təcriddən çıxarmağa çalışır. Eyni zamanda, Tehran yaranmış fasilədən istifadə edərək müdafiə qabiliyyətlərini bərpa etmək, hava hücumundan müdafiə sistemlərini yeniləmək və mümkün qarşıdurmaya hazırlaşmaq istiqamətində addımlar atır. Bu prosesdə Çinin İrana hansı səviyyədə texnoloji və hərbi dəstək verəcəyi isə əsas mövzularından birinə çevrilib.

Mövzu ilə bağlı politoloq Natiq Miri EDnews-a şərhində qeyd edib ki, hazırkı vəziyyətdə Çinin İrana genişmiqyaslı hərbi və maliyyə dəstəyi göstərəcəyini gözləmək özünü aldatmaq olar:

"Çin elə bir dövlət deyil ki, İran və ya Rusiya naminə dünyanın hegemon gücü hesab olunan ABŞ ilə açıq qarşıdurmaya getsin. Əksinə, Çin ticarət müharibələrinin dayanmasının və dünyanın rəqabət və qarşıdurma yox, əməkdaşlıq müstəvisində idarə olunmasının tərəfdarıdır. Hazırkı vəziyyətdə Çin həm də vəd edib ki, İrana hərbi silahlar, eləcə də ballistik raket və dron istehsalı üçün vacib detallar verməyəcək. Buna görə də proseslərin böyük hissəsi ABŞ-nin nəzarəti altındadır və Çin İran naminə ABŞ ilə müharibə vəziyyətinə gələcək ölkə deyil. İran rəhbərliyinin sərt bəyanatları isə daha çox daxili auditoriyaya hesablanıb". 

Politoloqun fikrincə, hazırda ABŞ-nin müəyyən razılığı çərçivəsində İranın az miqdarda neft satışı, əsasən avtomobil yolları vasitəsilə Pakistan və digər istiqamətlər üzərindən davam edir. Lakin bunun həcmi çox azdır:

"Çünki İranın əsas neft ixracı dəniz yolu ilə Hörmüz boğazı və Fars körfəzi üzərindən həyata keçirilir. Məlum olduğu kimi, bu istiqamətlərdə İranın limanları və dəniz çıxışları ciddi nəzarət altındadır. Əgər ABŞ və İran arasındakı gərginlik daha da artarsa, İranın neft ixracı tamamilə dayandırıla bilər. Belə olan halda isə sual yaranır: Hasil olunan neft hansı anbarlarda saxlanılacaq? Artıq mövcud ehtiyat tutumlarının dolmaq üzrə olduğu barədə məlumatlar var. Buna görə də İranın sərt və iddialı bəyanatlarını həddindən artıq ciddi qəbul etmək lazım deyil. Çünki danışıqlar prosesində tam əks mənzərə müşahidə olunur".

Natiq Miri hesab edir ki, ABŞ-nin dünən İranın cənubunda bəzi hərbi qayıqları və raket qurğularını vurması da təsadüfi hadisə kimi qiymətləndirilməməlidir:

"Bu, İrana açıq mesajdır ki, əgər Tehran Hörmüz boğazı vasitəsilə ABŞ və dünya iqtisadiyyatını təhdid etməyə çalışsa, Vaşinqton buna sərt cavab verməyə hazırdır. ABŞ belə risklərdən çəkinmir və hərbi əməliyyatların başlanması istənilən an mümkün ola bilər. Bu səbəbdən düşünürəm ki, İranın razılaşmadan başqa yolu qalmayıb. Əks halda ABŞ-nin geri çəkilməsi demək olar ki, mümkün deyil. Donald Trampın bu prosesdə konkret siyasi məqsədləri və səbəbləri var. Əgər nəticə əldə olunmasa, bu, həm onun siyasi nüfuzuna, həm də Respublikaçıların hakimiyyət perspektivlərinə ciddi zərbə vura bilər. Buna görə də geri addım atmaq imkanları məhduddur".

Politoloq onu da əlavə edib ki, yaxın günlərdə ABŞ ilə İran arasında prinsipləri və istiqamətləri müəyyən edən 60 günlük memorandum imzalanacaq. Bundan sonra isə həmin müddət ərzində bütün detallar və prinsipial məsələlər üzrə müzakirələr davam etdiriləcək. İranın üzərinə götürdüyü öhdəliklərin icrası da nəzarətdə saxlanılacaq:

"Əgər proses plan üzrə davam etsə, yekun müqavilənin imzalanması mümkün ola bilər. Bunun üçün isə əsas nüvə şərtlərinin yerinə yetirilməsi vacibdir. Bu şərtlər əsasən üç istiqaməti əhatə edir. Birincisi, İran öhdəlik götürməlidir ki, heç vaxt nüvə silahına sahib olmayacaq. İkincisi, yüksək səviyyədə zənginləşdirilmiş uranın tamamilə məhv edilməsi ilə bağlı mexanizm müəyyən olunmalıdır. Bu uran ya ABŞ-yə ilə təhvil verilərək zərərsizləşdiriləcək, ya da Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında neytrallaşdırılacaq. Üçüncüsü isə İranın uranı zənginləşdirmə prosesinin dayandırılması məsələsidir. Bunun hansı müddətdə həyata keçiriləcəyi hələ tam müəyyən olunmayıb. Bu, 20 il də çəkə bilər, daha qısa müddət də ola bilər. Bu üç əsas məsələ həll edildikdən sonra sülh sazişinin imzalanması mümkün görünür və yalnız bundan sonra ABŞ regiondakı hərbi mövcudluğunu azaltmaq və ya geri çəkmək barədə düşünə bilər".

Aytac Kərimova | EDnews 

 

Xəbər xətti

"Rusiya Ermənistandan kənd təsərrüfatı idxalını Azərbaycanla əvəzləmək niyyətindədir"- Putinin xüsusi nümayəndəsi
02:39
Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
14:28
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR