Dünyanın diqqətini Suriyaya çəkən üsyançıların lideri KİMDİR?

Münaqişələr 12:27 03.12.2024

Noyabrın 27-dən dünyanın diqqəti Suriyaya yönəlub. “Heyət Təhrir əl-Şam” (HTŞ) və ya “Dəməşqin Azadlıq Heyəti” kimi tanınan müxalif silahlı qruplaşma Suriyanın ikinci ən böyük şəhəri olan Hələbə nəzarəti ələ keçirməklə diqqəti bölgəyə çəkib.

EDnews Modern.az-a istinadən xəbər verir ki,  HTŞ Suriyadakı vətəndaş müharibəsində fəal olan sələfi cihadçı təşkilatıdır.

Təşkilat 2017-ci il yanvarın 28-də bir neçə qrupun birləşməsi nəticəsində yaranıb. Bu qruplara “Cəbhə Fəth əl-Şam” (əvvəllər “ən-Nusra Cəbhəsi” kimi tanınırdı), “Ənsaruddin Cəbhəsi”, “Ceyş əl-Sünnə”, “Liva Əl-Haq” və Nurəddin Zengi Hərəkatı” daxildir.

HTS bir çox ölkə tərəfindən terror təşkilatı kimi qəbul edilir. Təşkilatın mənşəyi “Əl-Qaidə” ilə əlaqələndirilir, lakin HTS özünü müstəqil bir struktur kimi təqdim edir.

HTŞ Suriyanın İdlib vilayətində təsirli olan Suriya Qurtuluş Hökumətinə sadiqdir.

HTŞ ABŞ, Kanada, Türkiyə və Böyük Britaniya da daxil olmaqla bir çox ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınıb. ABŞ HTŞ-ni 2017-ci ilin martında, Türkiyə isə 2018-ci ilin avqustunda terror təşkilatı kimi tanıyıb.

HTŞ-nin özəyini “Əl-Qaidə” ilə əlaqəli “ən-Nusra Cəbhəsi” təşkil edir və bu mənsubiyyət təşkilatın terror təşkilatı kimi tanınması üçün əsas bazalardan biridir. İddialara görə, onun yaradılmasında İŞİD lideri Əbu Bəkr əl-Bağdadi də iştirak edib.

Suriyanın şimal-qərbində silahlı müxalifət qüvvələri – HTŞ noyabrın 27-də çərşənbə günü hökumətə qarşı son illərin ən böyük hücumunu həyata keçirib.

Qəfil hücum Suriya ordusunun qoşunlarını Hələb şəhərdən çəkməsinə səbəb olub. Rusiya Suriya ordusuna dəstək olaraq 2016-cı ildən bəri Hələbə ilk hava zərbələrini endirib.

HTŞ Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən qruplaşmalar arasında ən təsirli təşkilatlardan biri hesab olunur.

Lakin cihadçı ideologiyasına görə HTŞ Azad Suriya Ordusu adlanan əsas üsyançı koalisiya ilə ziddiyyət təşkil edir.

“Heyət Təhrir əl-Şam” qruplaşmasına Əbu Məhəmməd Əl Colani rəhbərlik edir.

Suriyada doğulduğu bilinən Əbu Məhəmməd Colani son illərdə İdlib əyalətində infrastruktur layihəsinin açılışlarında və regional nüfuzlu şəxslərlə görüşlərdə iştirak edib. Onun bunu beynəlxalq terrorizmdən uzaqlaşmaq üçün etdiyinə dair qiymətləndirmələr var.

Bununla belə, ABŞ-ın Colaninin tutulması üçün təklif etdiyi 10 milyon dollar mükafat hələ də aktivdir.

Colaninin doğum ili ilə bağlı dəqiq məlumat yoxdur. Birləşmiş Millətlər Təşkilatının onun haqqında yaydığı məlumatlara görə, 1975-1979-cu illərdə doğulduğu güman edilir.

Hələb şəhərinə hücumlala bağlı paylaşılan fotolarda Colani mərkəzi rolda göstərilib.

Telegram-da paylaşılan təbliğat görüntülərində Colaninin digər komandirlərlə danışdığı, sənədlərə baxdığı görünür.

BBC-nin məlumatına görə, komandanlıq heyətinə “Əhrar əş-Şam” lideri Əhməd Dalati də daxildir.

Son dörd ildə Suriyada müharibə faktiki olaraq bitmiş kimi görünürdü.

Ölkənin böyük şəhərlərində prezident Bəşər Əsədin hakimiyyətinə etiraz edilməsə də, Suriyanın bəzi digər hissələri Əsədin birbaşa nəzarətindən kənarda qalır.

Bunlara vətəndaş müharibəsinin ilk illərindən Suriya dövlətinin nəzarətindən az-çox ayrı olan şərqdə kürdlərin çoxluq təşkil etdiyi və Suriya Demokratik Qüvvələrinin (SDQ) idarə etdiyi ərazilər daxildir.

2011-ci ildə Əsəd hakimiyyətinə qarşı vətəndaş müharibəsinin başladığı cənubda bəzi iğtişaşlar nisbətən sakit də olsa davam edir.

İŞİD hələ də Suriyanın geniş səhralarında təhlükəsizlik təhlükəsi yaradır.

Şimal-qərb İdlib əyaləti müharibənin qızğın vaxtında oraya sürgün edilən cihadçı və müxalif qrupların əlindədir və burada dominant güc Hələbə qəfil hücuma keçən HTŞ-dir.

Suriya hökumət qüvvələrinin nəzarəti bərpa etməyə cəhd etdiyi üçün İdlib bir neçə il döyüş meydanı olaraq qaldı. Bəşər Əsədə bağlı hərbiçilər 2016-cı ildə havadan Rusiyanın verdiyi dəstəyin müşayiəti ilə Hələbi ələ keçirmişdilər.

Əsədin əsas müttəfiqi Rusiya və üsyançıları – Azad Suriya Ordusunu dəstəkləyən Türkiyənin vasitəçiliyi ilə 2020-ci ildə əldə edilən atəşkəs razılaşması böyük ölçüdə Suriyada nisbi sakitliyin yaranmasında təsirli olub.

Hələbdə təxminən 4 milyon insan yaşayır. Onlar müxtəlif etnik mənşəyə mailkdirlər. Hələbin əhali strukturu əsasən ərəblər və türkmənlərdən ibarətdir, şəhərdə çox az sayda erməni, asuri, yəhudi, kürd və çərkəz yaşayır.

Şəhərin təxmini əhali nisbəti aşağıdakı kimidir; 50%-i ərəb, 40%-i türkmən, 10%-i ermənilər, asurilər, yəhudilər, kürdlər və çərkəzlər. 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
Hamısı