Rusiya Ukraynadan qisas aldı

Münaqişələr 08:36 05.06.2025

Rusiya ordusu Ukraynanın şimalında yerləşən Priluki şəhərinə endirdiyi dron hücumu ilə azı 6 nəfərin ölümünə səbəb olub. Həlak olanlar arasında 1 yaşlı uşaq da var. Bu barədə Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus məlumat verib.

Məlumata görə, hücum ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından bir neçə saat sonra baş verib. Tramp, danışıqdan sonra verdiyi açıqlamada, Putinlə Ukraynanın iyunun 1-də Rusiya hərbi hava bazalarına etdiyi dron hücumuna "çox sərt" cavab veriləcəyi barədə danışdıqlarını demişdi.

Prilukidə baş verən hücum nəticəsində daha 6 nəfər yaralanıb. Qubernatorun açıqlamasına görə, şəhərə atılan 6 ədəd “Şahed” tipli dron yaşayış məhəllələrinə düşüb və nəticədə çoxsaylı binalar zədələnib.

Bundan bir neçə saat sonra Ukraynanın şərqində yerləşən Xarkov şəhəri də dron hücumuna məruz qalıb. Vilayət rəhbəri Oleh Sinehubovun sözlərinə görə, hücum nəticəsində 17 nəfər – o cümlədən uşaqlar, hamilə qadın və 93 yaşlı bir qadın yaralanıb. Xarkovun Slobidskiy rayonunda iki çoxmərtəbəli binaya zərbə endirilib, yanğın baş verib və bir neçə avtomobil sıradan çıxıb.

Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukraynanın iyunun 1-də Rusiya hərbi hava bazalarına etdiyi hücum nəticəsində bəzi təyyarələr zədələnsə də, tam məhv edilməyib və onlar tezliklə bərpa olunacaq.

Amerikalı rəsmilərin “Reuters” agentliyinə verdiyi məlumata görə, həmin hücum zamanı təxminən 20 Rusiya hərbi təyyarəsi zərər görüb, onlardan 10-u isə məhv edilib. Bu rəqəm Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqladığı saydan iki dəfə azdır.

Fatimə Şükürova // EDnews

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Kərimə" dövləti qurmaq istəyənlərə hökm oxundu
14:06 12.06.2025
"Suriyanın yeni rəhbərliyi ilə danışıqlarda maraqlıyıq"
14:02 12.06.2025
Hindistanda aviaqəza nəticəsində ölənlərin sayı 40-a çatıb
13:56 12.06.2025
“Elmi fəaliyyətlə bağlı qrantlara müraciət tam rəqəmsallaşdırılmalıdır”
13:47 12.06.2025
Hindistandakı aviaqəza "Boeing"-in səhmlərini ucuzlaşdırdı
13:36 12.06.2025
Məleykə Abbazasə repetitorlardan danışdı: "...özlərini reklam edirlər..."
13:24 12.06.2025
Çimərlik mövsümü 15 İyunda başlayacaq
12:48 12.06.2025
Fəxriyyə Xələfova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşür - MÜSAHİBƏ
12:21 12.06.2025
BAEA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edib
12:04 12.06.2025
Sabah 37 dərəcə isti olacaq
11:37 12.06.2025
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
11:35 12.06.2025
Azərbaycanlı cüdo hakimi ilk dəfə dünya çempionatını idarə edəcək
11:21 12.06.2025
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
10:58 12.06.2025
"İqlim müzakirələrində ziddiyyətlərin aradan qaldırılmasında əsas rolu elm oynayır"
10:54 12.06.2025
"UNEC elmi məqalələrin artım tempinə görə dünyada birinci yerdədir"
10:38 12.06.2025
Göyərtəsində minlərlə avtomobil olan gəmi bir həftədir ki yanır
10:28 12.06.2025
Şimali Koreya - Cənubi Koreya sərhədində səsli təbliğat dayandırıldı
10:08 12.06.2025
Polşa millisinin baş məşqçisi Levandovski ilə münaqişədən sonra postunu tərk edib
09:40 12.06.2025
Günəşin qütblərinin görüntüləri əldə edildi
09:22 12.06.2025
Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?
08:43 12.06.2025
İqlim böhranının insanların sağlamlığına təsiri artır -ÜST
08:29 12.06.2025
"Çelsi" yeni səfər formasını təqdim etdi
07:41 12.06.2025
Messi Klublararası dünya çempionatında iştirak edəcək?
07:35 12.06.2025
İran İsraillə müharibəyə hazırlaşır
06:50 12.06.2025
Aİ Çinin iki bankına sanksiya təklif edib
02:40 12.06.2025
ABŞ Avstraliyaya atom sualtı qayıqların tədarükü sazişinə yenidən baxacaq
00:24 12.06.2025
12 iyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
00:01 12.06.2025
Professor Nazim İmanov: Azərbaycan iqtisad elminin görkəmli siması
16:53 11.06.2025
"Los-Anceles sakinləri çox şanslıdırlar ki, onlara kömək etmək qərarına gəldim"
16:21 11.06.2025
Peru tariflərə görə ümidini Çinə bağlayır
15:42 11.06.2025
Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"
15:31 11.06.2025
Rusiya İrana nüvə yanacağını ölkədən çıxarmağa kömək edə bilər
15:04 11.06.2025
Arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb
14:23 11.06.2025
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
14:19 11.06.2025
"ChatGPT" yeni modelini işə salır
13:57 11.06.2025
Rusiya diplomatı XİN-ə çağırıldı
13:18 11.06.2025
Leroy Sane "Qalatasaray"la razılığa gəldi
13:01 11.06.2025
Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
12:24 11.06.2025
Rusiya Ukraynaya 1 200-dən çox hərbçinin meyitini qaytarıb
12:21 11.06.2025
ABŞ "F-35" qırıcılarının alışını iki dəfə azaltdı
10:26 11.06.2025
Hamısı