Gələn həftənin cümə günü Azərbaycanda 26 İyun — Silahlı Qüvvələr Günü qeyd olunacaq.
EDnews xəbər verir ki, bu barədə Bizim.Media məlumat yayıb.
Qeyd olunan tarix ölkədə qeyri-iş günü sayılan bayram günü hesab olunur.
Bundan əlavə, 27 və 28 iyun tarixləri şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, beşgünlük iş həftəsində çalışanlar üçün gələn həftə ardıcıl üç gün — 26, 27 və 28 iyun tarixlərində iş olmayacaq.




.jpg)


