Bakının yay istirahəti üçün ən əlverişli çimərlikləri açıqlanıb.
EDnews xəbər verir ki, son monitorinqlərin nəticələrinə əsasən, Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan çimərliklərində dəniz suyunun keyfiyyəti norma daxilində qiymətləndirilib.
Bu ərazilərdə suyun keyfiyyəti ilə yanaşı, sahil şəraiti və təhlükəsizlik amilləri də nəzərə alınır.
Xilasedici xidmətinin mövcudluğu, nisbətən təhlükəsiz sahil zonaları və istirahət üçün uyğun şərait Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan çimərliklərini yay mövsümündə paytaxt sakinləri və qonaqlar üçün əlverişli seçimlərdən birinə çevirir.
Mütəxəssislər vətəndaşlara istirahət zamanı yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyi və təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.


.jpg)




