Dövlət ümumi təhsil müəssisələrində çalışan texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə və musiqi fənləri müəllimlərinin sertifikatlaşdırılması həyata keçiriləcək.
EDnews xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, əvvəlki illərdə sertifikatlaşdırılması aparılmış fənlər üzrə pedaqoji fəaliyyətinin üç ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtdıqdan sonra bir ili tamam olmuş müəllimlər də prosesə cəlb ediləcəklər.
Qeyd olunub ki, sözügedən fənlər üzrə ümumilikdə 4 453 müəllimə sertifikatlaşdırmada iştirak etmələri üçün müvafiq sistem vasitəsilə dəvət göndərilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, sertifikatlaşdırmada uğur qazanan dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinin vəzifə maaşlarına nəticələrə uyğun əlavələr tətbiq olunur.







