Bu ilin yanvar–may ayları ərzində ümumilikdə 111 milyon 793 min manat dəyərində narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
EDnews xəbər verir ki, bu barədə aidiyyəti qurumların yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, ümumilikdə 4 ton 263,1 kq 533,1 qram narkotik vasitə və psixotrop maddə müsadirə olunub. Onların tərkibinə marixuana, heroin, tiryək, həşiş, digər narkotik vasitələr və psixotrop maddələr daxildir.
Qeyd olunur ki, müsadirə edilən narkotiklərin 3 ton 664 kq 289,559 qramı marixuana, 212 kq 587,146 qramı heroin, 88 kq 128,798 qramı tiryək, 214 kq 243,147 qramı həşiş, 7 kq 937,74 qramı digər narkotik vasitələr və 76 kq 346,71 qramı isə psixotrop maddələr təşkil edib.
Faktlar üzrə əməliyyatların davam etdiyi bildirilib.







