Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 694 nəfər narkotiklə bağlı müalicəyə cəlb olunub.
EDnews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilib.
Məlumata əsasən, sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədilə ümumilikdə 39 002 nəfər Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə istiqamətləndirilib.
Onlardan 2 740 nəfər tibbi müayinədən keçirilib və 1 301 nəfərdə narkotik vasitələrdən istifadə faktı aşkarlanıb. Bu şəxslərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Qeyd edilib ki, profilaktik və nəzarət tədbirləri davam etdirilir.







