Mağazalarda bir qəpiyə satışa çıxarılan yumurtalarda hər hansı uyğunsuzluq aşkarlanmayıb.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama-nəzarət tədbirləri həyata keçirilir. Aparılan yoxlamalar zamanı məhsullarda hər hansı uyğunsuzluq qeydə alınmayıb.
AQTA qeyd edib ki, satışa çıxarılan məhsullar müvafiq baytarlıq arayışları və ekspertiza aktları ilə təmin olunub.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə mağazalarda bir qəpiyə satılan yumurtaların keyfiyyətsiz olması ilə bağlı müxtəlif iddialar yayılmışdı.







