Özbəkistanda “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” rəsm müsabiqəsi elan olundu

Mədəniyyət 09:21 24.04.2020

Cari ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsinə start verilib.

EDNews.net xəbər verir ki, sözügedən layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsini elan edib.

Müsabiqə Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir.

“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik olan yeniyetmə və gənc rəssamların evdə qaldıqları müddətdə səmərəli vaxt keçirərək gözəl sənət əsərləri yaratmalarına sövq etmək, onların fəaliyyətini stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək,  dostluq və qardaşlıq bağlarının daha da dərinləşdirməkdir.

Müsabiqədə ən çox duyğu və düşüncələrlə işlənmiş, ideya və mənaya malik, habelə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, bölgənin özəlliyi və tarixinin daha geniş əks etdirilən rəsm əsərlərinə üstünlük veriləcəkdir. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə xüsusi önəm veriləcəkdir.

Rəsm müsabiqəsində Özbəkistan və Azərbaycanın yeniyetmə və gənc rəssamları (14 yaşdan yuxarı)  iştirak edə bilərlər.

Təqdim olunan rəsm əsərlərinə xüsusi Münsiflər heyəti qiymət verəcəkdir ki, buraya Azərbaycan və Özbəkistanın tanınmış rəssamları daxil edilib.

Müsabiqəyə 2020-ci il aprel ayının 24-dən start veriləcək, müsabiqə əsasən 14-30  yaş  kateqoriyası üzrə keçiriləcəkdir.

Cari il 15 iyun tarixində yekun vurulacaq müsabiqəyə rəsmlərin fotoları, habelə əsəri çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənəd – pasportunun surəti və özü haqqında məlumat (əlaqə nömrələri, email) Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərilməlidir ([email protected]). 

Rəsm əsərlərinin orginalı isə Özbəkistan tərəfdən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (Daşkənd şəhəri Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, +998 71 293 50 92, 293) ünvanına, Azərbaycan tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62, AZ1025, (+994) 12 490 84 51/52/53) göndərilməsi zəruridir.   

Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsinin pul mükafatları, habelə Fəxri diplomları təqdim olunacaqdır.

Müsabiqə üçün göndərilən bütün  rəsm əsərlərinin Azərbaycan və Özbəkistanda sərgi salonlarında təqdimatı keçiriləcək, habelə sözügedən əsərlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan ocaqlarına daimi olaraq hədiyyə ediləcəkdir.

Bundan başqa müsabiqəyə təqdim olunmuş rəsm əsərləri və onlar haqqında məlumat, fotoşəkil Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında və Vikipediya Elektron ensiklopediyasında yaradılacaq səhifədə yerləşdiriləcəkdir.

Müsabiqənin digər şərtləri haqqında əlavə məlumat Azərbaycan Mədəniyyət Mərkəzinin saytında (http://azculture.uz/musabiqeler.php?link=musabiqeler) veriləcəkdir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır
13:19 17.05.2025
İlham Əliyev: Səhiyyədə əldə edilən uğurlar həyata keçirdiyimiz islahatların bəhrəsidir
13:12 17.05.2025
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisi açılıb
13:08 17.05.2025
İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə açılışında iştirak edib
13:03 17.05.2025
İlham Əliyev: Tokayev Qazaxıstanın beynəlxalq arenadakı yerini möhkəmləndirib
12:59 17.05.2025
Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib
12:19 17.05.2025
İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
12:16 17.05.2025
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
12:14 17.05.2025
Özbəkistan Prezidenti Macarıstan və Sloveniyaya səfərlər edəcək
11:25 17.05.2025
Cənubi Koreyanın sabiq prezidenti seçkilər ərəfəsində partiyadan çıxıb
10:12 17.05.2025
Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
13:30 16.05.2025
Ukrayna etibarsız silah təchizatçılarına görə yüzmilyonlarla dollar itirib
13:25 16.05.2025
Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı
13:09 16.05.2025
Türkiyə Prezidenti Albaniyaya yola düşüb
12:48 16.05.2025
Sabah 27 dərəcə isti olacaq
12:27 16.05.2025
ABŞ Dövlət katibi İstanbula gedib
12:20 16.05.2025
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
12:13 16.05.2025
Postmodernizm Ədəbiyyatı Necə Dəyişdi?
11:57 16.05.2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
11:54 16.05.2025
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib
11:54 16.05.2025
İspaniya Türkiyənin “Hürjet” təlim-məşq təyyarəsini satın alır
11:45 16.05.2025
“Xəzər” jurnalının yeni nömrəsi çap olunub
11:45 16.05.2025
Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib
11:39 16.05.2025
Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
11:32 16.05.2025
Bakıda yeni ticarət mərkəzinin tikintisinə icazə verilib
11:30 16.05.2025
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
11:25 16.05.2025
Fransa İranı məhkəməyə verəcək
10:39 16.05.2025
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
10:39 16.05.2025
Bəzi dağ çaylarından sel keçəcək
10:37 16.05.2025
Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər
10:33 16.05.2025
Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı
10:26 16.05.2025
Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
10:26 16.05.2025
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
10:21 16.05.2025
Lamiyə Vəliyeva beynəlxalq turnirdə bürünc medal qazanıb
10:19 16.05.2025
Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
10:11 16.05.2025
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib
10:02 16.05.2025
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
09:32 16.05.2025
Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
09:21 16.05.2025
Bu gün hava küləkli olacaq
09:12 16.05.2025
Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
09:12 16.05.2025
Hamısı