Türkiyədə Azərbaycan tarixindən bəhs edən kitab nəşr olunub.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
"Türkiyənin Azərbaycanla qardaşlığını, Azərbaycanın köklü mədəniyyətini "bir millət, iki dövlət" devizi ilə izah edən "Azərbaycan Sirləri" adlı kitab Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən nəşr edilib", - deyə məlumatda qeyd edilib.