İqtisadiyyat naziri yeni - Qərar imzaladı | Eurasia Diary - ednews.net

18 Sentyabr, Cümə


İqtisadiyyat naziri yeni - Qərar imzaladı

İqtisadiyyat A- A A+
İqtisadi İnkişaf Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib.
 
Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.
 
Qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş “Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”nın 3.2-ci bəndindən “iqtisad” sözü çıxarılsın.
 
Həmçinin, “Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”nın 4.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.
 
“Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.
 
Bununla yanaşı “Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.
 
Xatırladaq ki, əvvəlki əmrdə göstərilirdi ki, mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan qanunvericiliyi əsasında iqtisad məhkəmələrində baxılır
 
Qərar dekabrın 9-dan qüvvəyə minib.
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb.
(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...