“S&P”: - ABŞ bankları ili zərərlə başa vura bilər | Eurasia Diary - ednews.net

10 Aprel, Cümə


“S&P”: - ABŞ bankları ili zərərlə başa vura bilər

İqtisadiyyat A- A A+

“Standard & Poor's” reytinq agentliyinin dərc etdiyi yeni proqnoza əsasən yayılan koronavirusun iqtisadiyyata güclü təsirindən ABŞ bankları 2020-ci ili ən pis halda 15 mlrd. dollar zərərlə başa vura bilər.

EdNews-un agentliyə istinadən verdiyi məlumata görə, ötən ili 195 mlrd. dollar gəlirlə bitirən ABŞ kreditorları bu il iqtisadiyyatın bütün sektorlarının koronavirusun mənfi təsirinə məruz qalması və istehlak xərclərinin kəskin azalması ilə üzləşə bilər.

Agentliyinin daha mülayim ssenari vəd edən proqnozuna görə isə, ABŞ iqtisadiyyatının ancaq turizm və əyləncə sektorları böhran yaşayacaq və ölkədə olan banklar cari ili təxminən 100 mlrd. dollar gəlirlə bitirə biləcək.(apaeconomics)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...