Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib

Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBKŞ) 20 mart 2020-ci il tarixindən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğunun BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-yə keçdiyini elan edib.

EDNews.net  xəbər verir ki, bu barədə BP-dən verilən məlumatda bildirilir ki, Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir.

Məlumatda qeyd olunur ki, texniki operatorluğun SOCAR-a keçməsi, Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış “Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə” uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulur. 

“Texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə bp şirkəti ümumi operator qismində davam etdirəcək. Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu bp şirkəti icra etməkdə davam edəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və bp 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər.

“2015-ci ildən bəri biz Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatoruyuq və kəmərin bütün kommersiya əməliyyatlarını yüksək səviyyədə həyata keçirmişik. İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi kəmərin texniki operatorluğunu da öz üzərinə götürür. 

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. bp şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə deyib ki, SOCAR-ın CQBK-nin yeni texniki operatoru olmasını məmnuniyyət hissi ilə qarşılayırlar: “Şahdənizin və CQBK-nin ən iri payçısı kimi biz boru kəmərinin təhlükəsiz və etibarlı istismarının davamlı olmasını təmin etmək üçün SOCAR-la birgə işləməkdə davam edəcəyik.

Düşünürük ki, layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi var. SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib. Bundan əlavə, SOCAR artıq beş ildir ki, çox səmərəli şəkildə CQBK-nin kommersiya operatoru qismində çıxış edir. Biz keçid mərhələsinin təhlükəsiz qaydada və ümumilikdə qazın nəqli əməliyyatlarına heç bir təsir yaratmadan tamamlanmasını təmin etmək üçün planlaşdırılmış dəyişikliklərin idarə olunması prosesində SOCAR-a dəstək olacağıq.

Bütün ixrac sisteminin mükəmməl təhlükəsizlik göstəricilərinə nail olmasında əməkdaşlarımızın və işçi qüvvəmizin əzmkarlığı və fədakarlığı mühüm rol oynayıb, biz onlarla qürur duyuruq. Əminik ki, operatorluğun ötürülməsi ilə əməliyyatların təhlükəsizliyinə eyni dərəcədə yüksək diqqət və əməkdaşların iş icrasının eyni dərəcədə yüksək keyfiyyəti davam edəcək”.(apaeconomics)

Xəbər xətti

Trampdan ÇİNƏ "TƏBRİK"
23:59
Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video
23:54
İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı
23:42
Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəfdir - YENİLƏNİB
23:39
O YENİDƏN TRİLYONER OLDU
23:33
Bu məhsullarda AT ƏTİ AŞKARLANDI- AQTA SƏDRİNDƏN ETİRAF
23:28
Sabah İstanbul boğazında gəmilərin keçidi təşkil olunacaq
23:20
Rusiya “TikTok”u cərimələdi
23:18
Heyvan BAZARLARI BAĞLANIR? AQTA SƏDRİN AÇIQLAMA
23:07
DÇ-2026: Erlinq Holandın vurduğu qol Norveçi tarixində ilk dəfə 1/8 finala çıxarıb - YENİLƏNİB-6
23:03
Füzulidə "Qarabağda Yenidən Doğan Səslər" adlı tədbir keçirilib
23:00
"Zirə" "Iğdır"a məğlub olub
22:58
Venesuelada zəlzələ qurbanlarının sayı 1,9 mini ötüb, 10 mindən çox insan yaralanıb
22:52
Ərdoğandan İsraillə bağlı açıqlama: "BİZ BÖYÜK MİLLƏTİK!"
22:41
Netanyahu Livanın cənubundakı “təhlükəsizlik zonası”na getdi
22:25
UNICEF: "Uşaqlar süni intellektdən böyüklərdən üç dəfə çox istifadə edir"
22:08
ABŞ Məhkəməsindən TRANSLARLA bağlı TARİXİ QƏRAR
21:59
AQTA sədri: "Broyler toyuqları ilə bağlı iddialar həqiqəti əks etdirmir"
21:42
Sabah bu ərazilərdə qaz olmayacaq
21:36
Yayda bu dərmanları qəbul etməyin – XƏBƏRDARLIQ
21:15
Ankarada Ərdoğan-Kaya Kallas görüşü keçirilib
21:11
Haluk Leventin qardaşı həbs edildi
20:58
“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
20:55
Ukraynada rus dilinin qadağan edilməsi təklif olunur
20:50
Dilçilik İnstitutu: "Yeni orfoqrafiya lüğətində 175 mindən çox söz üzərində iş aparılır"
20:31
BMT-dən ciddi XƏBƏRDARLIQ – Ebola daha 1 milyon insanı…
20:18
Albaniyada Trampın kürəkəninin layihəsinə etiraz: "Albaniya satılmır"
20:03
"Dostluq" tankeri Türkmənbaşı limanına çatdı
19:57
Rusiya ordusu Zaporojyedə enerji obyektlərini hədəfə alıb
19:50
Videobloger Günel Ağayeva məhkəməyə verilib
19:19
"4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlumdur"- XİN-dən AÇIQLAMA
19:04
Pakistanda dəhşətli faciə: Tədris mərkəzinin damı uçdu, uşaqlar həlak oldular
18:53
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - Rəsmi açıqlama
18:43
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
18:37
Yaxın Şərq alovlana bilər: İsraildən İrana SƏRT MÜHARİBƏ SİQNALI
18:19
22 istiqamətdə tıxac var - Siyahı
18:00
Katzın XƏBƏRDARLIĞI: Müharibə başlayır?
17:45
67 min insan Xameneiyə görə toplaşacaq
17:25
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
17:13
Həyat yoldaşının telefonuna baxdı DÖYÜLDÜ
17:03
"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun icrası ilə bağlı bəzi qanunlara dəyişiklik təsdiqlənib
16:47
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:37
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” tarixi İsmailiyyə binasında
16:17
Bakıda 7 avtobus marşrutunun istoqaməti dəyişdirilir
16:09
Aİ Ukraynaya PUA üçün 3,9 mlrd. avro ayırdı
15:58
U-15 və U-17 millilərində yeni məşqçilər BƏLLİ OLDU
15:46
Ruttedən TƏKZİB: "NATO-dan uzaqlaşılmayıb"
15:39
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
15:31
Peşə təhsili ixtisasları üzrə xərclər müəyyənləşib
15:21
Bakıda daha iki marşrut xəttinin avtobusları yeniləndi
15:11
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verildi
14:57
Trampın təklifi, Fransanın şərti: Hörmüzdə NƏ BAŞ VERİR?
14:48
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
14:27
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTO
14:23
Perunun ilk qadın prezidenti o oldu
14:03
Paşinyan qondarma “erməni soyqırımı” mövzusunda NİYƏ SUSDU?
13:50
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışdı - NƏLƏR MÜZAKİRƏ OLUNDU?
13:39
Qarpız alarkən BUNLARA DİQQƏT EDİN!
13:35
İranda silahlı hücum olub - SEPAH ÜZVLƏRİ ÖLÜB
13:28
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
13:17
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR