Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) yanvar ayından gündəlik neft istehsalının artırılması qərarına gəlib.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu fikir OPEC-ə üzv dövlətlərin enerji və neft nazirlərinin iştirak etdiyi videokonfransda səsləndirilib.
Konfransda gəlinən ortaq qərara görə günlük artım 500 min barel civarında müəyyənləşdirilib.
Rusiyanın baş nazir müavini Aleksandr Novak gələn il yanvar, fevral və mart aylarında görüşlərin keçiriləcəyi planlaşdırılır. Bununla da hər ay tənzimləmələr müzakirə olunacaq.