SOCAR qazın tarifinin dəyişməsinin səbəblərini açıqladı

İqtisadiyyat 18:46 16.10.2021

“Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, yəni qazın alınmasına sərf edilən xərclər əsas götürülür”.

EDNews.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.

İ. Əhmədov deyib ki, əvvəlki illərdə qazın topdan alışını və satışını SOCAR həyata keçirib: “SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, başqa şirkətlər də qaz hasil edir. SOCAR Azərbaycanın təbii qaza tələbatını təmin etmə üçün başqa şirkətlərdən, xüsusən Şahdəniz konsorsiumundan qaz alırdı. Lakin artıq 1 ilə yaxındır ki, qazın topdan alışı və satışını dövlət şirkəti olan “Azərkontrakt” Səhmdar Cəmiyyəti həyata keçirir. Azərkontrakt SOCAR və digər qaz hasilatçılarından qazı topdansatış qiymətinə alaraq, qazpaylayıcı şəbəkələrə, “Azərenerji” ASC-yə və digər qurumlara satmaqdadır. Azərkontrakt”-ın aldığı qazın bir qisminin qiyməti dövlət tərəfindən tənzimlənir. Burada söhbət SOCAR-dan alınan qazdan gedir. Qazın bir qisminin qiyməti isə bazar şəraitinə görə dəyişə bilər. Yəni Şahdəniz Konsorsiumundan alınan qazın qiyməti bazar qiymətlərindən asılıdır. Bazarda qiymətlər artdıqca həmin qaxın dəyəri və qiyməti də artmaqdadır. Bu zaman qazı alan “Azərkontrakt”-ın xərci də artır. Qazın satış taarifləri dəyişmədikcə də xərclərdə olan artımın kompensasiyası mümkün olmur. Ya gərək dövlət subsidiyalaşdırsın ki, bunun da müəyyən fəsadları var, dövlət büdcəsi üçün əlavə yük yaradır, uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür. Ya da qiymət də artımı baş verməlidir. Qiymət artımının da əsas səbəbi budur”.

SOCAR Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov qeyd edib ki, hazırda dünyada qazın qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfələrlə artıb: “Belə olan halda “Azərkontrakt”-ın da artıq başqa şirkətlərdən aldığı qazın qiyməti və ona sərf edilən xərc də müəyyən qədər artıb”.

Qeyd edək ki, Azərbaycanda əhali qrupu üçün qazın 1200 m3-dək (1200 m3 daxil olmaqla) tarifi 100 manatdan 120 manata qaldırılıb. Qazın 1200 m3-2500 m3-dək və 2500 m3-dən tarifi isə dəyişməyib. Müvafiq olaraq tariflər 200 və 250 manat olaraq qalıb. Qərar 1 noyabr 2021-ci il tarixdə qüvvəyə minir

Hazırda 1.000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51%-ni təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kubmetrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.

Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə isə ucuzdur. 2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik, Türkiyədə 36 qəpik, Ukraynada 87 qəpik, Gürcüstanda 29 qəpik, Belarusda 34 qəpik olub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
Hamısı