Bu xidmət ƏDV-dən azad edildi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bu xidmət ƏDV-dən azad edildi

İqtisadiyyat A- A A+
Azərbaycanda özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb olunmasına dair qanuna dəyişiklik təsdiqlənib. 
 
Ednews xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. 
 
Dəyişikliklə özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib. 
 
Qeyd edək ki, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək: 
 
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0; 
 
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5; 
 
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0; 
 
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...