Beynəlxalq Valyuta Fondu Pakistana maliyyə yardımını bərpa edir

Pakistan 1,1 milyard dollar buraxmaq müqabilində iyun ayının dövlət büdcəsinin təfərrüatlarını Beynəlxalq Valyuta Fondu ilə bölüşmək niyyətindədir.

Ednews CNN-ə istinadən xəbər verir ki, maliyyə naziri İshaq Dar dayandırılmış vəsaitləri buraxması üçün ölkəsinin yeni dövlət büdcəsinin təfərrüatlarını Beynəlxalq Valyuta Fondu ilə bölüşəcəyini bildirib. 

O, yerli mediaya verdiyi müsahibədə Beynəlxalq Valyuta Fondunun Pakistandan büdcə haqqında təfərrəüatları istədiyini qeyd edib.

Beynəlxalq Valyuta Fondu 2019-cu ildə dünya ölkələrinə 6,5 ​​milyard dollarlıq xilas paketi ayırıb. Bu yardımın Pakistan üçün nəzərdə tutulan 1,1 milyard dollarlıq hissəsi 2022-ci ilin noyabr ayından bəri dayandırılıb.

Beynəlxalq Valyuta Fondu ilə Pakistan arasında 9-cu proqramı nəzərdən keçirmək üçün bu ilin fevral ayında İslamabadda iki həftəlik danışıqlar baş tutub. Lakin BVF hələ də Pakistana ikitərəfli və çoxtərəfli maliyyələşdirməni asanlaşdırmaq üçün vacib olan vəsaiti buraxmayıb.

İshaq Dar bildirib ki, Pakistan iyunun əvvəlinə planlaşdırılan büdcəni təqdim etməzdən əvvəl Beynəlxalq Valyuta Fondunun maliyyə vəsaitlərini buraxmasını istəyir.

 

Törə Zeynal