Qazaxıstan və Özbəkistan Azərbaycanın iştirakı ilə yaradılacaq enerji dəhlizlərinə qoşulmaq istəyir

İqtisadiyyat 20:33 14.11.2023

Yaşıl enerji” sahəsi üzrə reallaşdırılan layihələr elektrik enerjisinin istehsalı və ixracı potensialının genişləndirilməsinə imkan yaradır, elektrik enerjisinin Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır.

Ednews xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası, Özbəkistan Respublikası və Qazaxıstan Respublikasının iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi ilə bağlı üçtərəfli görüşdə bildirilib.

Qeyd olunub ki, Azərbaycan neft, neft məhsulları və təbii qazın ixracı ilə yanaşı, uğurlu elektrik enerjisi təchizatçısıdır.

"Üç ölkənin bərpa olunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birgə 4 Qvt elektrik enerjisinin ixracına imkan verəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 Qvt “yaşıl” enerjinin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub", - məlumatda deyilir.

Görüşdə bildirilib ki, Qazaxıstan və Özbəkistanın bu dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafını, yaşıl hidrogen, ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığı möhkəmləndirəcək, Orta Dəhliz çərçivəsində enerji təhlükəsizliyi və “yaşıl layihələr” üzrə tərəfdaşlığı gücləndirəcək.

Tərəflər bərpa olunan enerji mənbələrinin geniş istifadəsinin tətbiqi və generasiya güclərinin genişləndirilməsinə əsaslanan dayanıqlı inkişafın alternativsizliyini qeyd edərək, iqtisadi inkişaflarına xələl gətirmədən karbonsuzlaşma ilə bağlı birtərəfli və birgə səylərini davam etdirəcəklərini vurğulayıblar.

Müzakirələr zamanı müxtəlif sferalarda, o cümlədən energetika sahəsində birgə fəaliyyət və tərəfdaşlıq üzrə uğurlu təcrübə qeyd olunub. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səyləri təqdir ediblər.

Nazirlər ölkələrin bərpa olunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.

Nazirlər “yaşıl” enerjinin ötürülməsi üzrə layihənin inkişafının iştirakçı ölkələrin energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcəyini, həmçinin milli energetika sənayelərinə yeni impuls verəcəyini vurğulayıblar.

Görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. İqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüşün Özbəkistanın Daşkənd şəhərində keçirilməsi gözlənilir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət başçılarının 5-ci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirakının Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qardaşlıq münasibətlərinin əhəmiyyətli göstəricisi olduğu qeyd edilib.

Bildirilib ki, Qazaxıstan və Özbəkistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirak edirlər. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. Bu şəhərdə Qazaxıstan tərəfindən Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi layihəsi həyata keçirilir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Hamısı