“Azərbaycan energetika sahəsində model ölkə ola bilər” – Pakistanlı Ekspert

İqtisadiyyat 12:15 21.02.2024

Azərbaycan və Ərəb dövlətləri arasındakı Yaşıl sənaye əməkdaşlığı son illərdə daha da inkişaf edib. Bu sahədə alternativ enerji mənbələrinin yaradılması və eləcə də ağır sənayenin ətraf mühitə zərər vurmadan fəaliyyəti yönündə işlər aparılır.

Azərbaycanla Ərəb dövlətləri Yaşıl Enerji sahəsində hansı layihələr planlaşdırıb?

“Azərbaycan Ərəb dünyası üçün çox vacib “açar ölkə”dir. Bu ölkələr arasında bir çox sahələr üzrə iqtisadi fəaliyyətlər aparılır”.

Bu fikirləri Ednews-a açıqlaması zamanı danışan pakistanlı Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Məhəmməd Əli Paşa bildirib. 

“Son illərdə Yaşıl Enerjinin əsas energetika mənbələrindən birinə çevrilməsi Ərəb dövlətlərinin də bu sahəyə ciddi miqyasda investisiya qoymasına gətirib çıxarıb. Azərbaycan ərazisində geniş təbii-coğrafi müxtəliflik dövlətə bu sahədə bir çox imkanlar tanıyıb.

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda 2027-ə qədər iki irihəcmli günəş panelləri yaratmaq üçün Bakı ilə əməkdaşlığa başlayıb. Qlobal əməkdaşlıqda Ərəb dövlətləri artıq təkcə neft və qaz sənayesində əsas iştirakçılar deyil. Davamlı və daha zərərsiz güc sistemləri üçün Yaxın Şərqin zəngin günəş mənbələrindən və Azərbaycanın su mənbələrindən istifadə etmək olar. 

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında indiyə qədər bir çox neft sənayesi əməkdaşlığı olub. Yenilənəbilən enerji sahəsində öz potensialını artıran Səudiyyə Ərəbistanı Azərbaycan ərazisində 500 meqavat gücündə günəş panellərinin yerləşdirilməsi üçün razılaşma əldə edib. 

Aran bölgəsində 1.5 qiqavatlıq külək enerjisi panelləri quraşdırılacaq. Bu sahədə karbon sızıntılarının minimuma endirilməsi üçün Səudiyyə Ərəbistanı xüsusi maraqlıdır. Ona görə ki, bu ölkə illərdir atmosferə karbon emissiyalarının yayılmasından əziyyət çəkib”.  

Ekspert Azərbaycanla Ərəb dövlətlərinin Yaşıl Enerji sahəsində əməkdaşlığının əhəmiyyətindən də söz açıb. Onun sözlərinə görə, Ərəb dövlətləri öz iqtisadiyyatlarının neft və qaz sənayesindən asılılığını azaldıblar. 

“Alternativ enerji üzrə ixtisaslaşan bu dövlətlər bundan sonra da Azərbaycana xüsusi diqqət ayıracaqlar. Azərbaycan bundan yararlanaraq enerji sənayesində neft və qaz asılılığını azaltmağa nail ola bilər. Alternativ enerji məhsulları bahadır. Buna görə də xarici investisiyanı yüksək dəyərləndirmək lazımdır. 

Əgər Azərbaycan Ərəb dövlətlərindən alınan investisiyaların hesabına Yaşıl Enerjini dayanıqlı sahəyə çevirə bilsə, ölkə həm ənənəvi, həm də alternativ enerji sektorlarında ixtisaslaşmış model ölkəyə çevriləcək”.

Fərid

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı