Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Xarici siyasət 10:44 23.04.2025

1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunda yanğın baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Faciənin ilk dövrlərində - 1986-1987-ci illərdə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrini aradan qaldırmağa SSRİ-nin hər yerindən 600 minə yaxın insan səfərbər edilmişdir. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına 7 mindən çox Azərbaycan vətəndaşı da cəlb olunmuşdur. Faciədən ötən müddət ərzində 2500-dək insan səhhətində yaranan problemlər üzündən dünyasını dəyişmişdir. Sağ qalanlar isə xilasetmə işləri zamanı aldıqları şüalanmadan əziyyət çəkirlər.

“EDnews” xəbər verir ki ,  aprelin 23-də “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvləri həmin hadisənin növbəti ildönümü ilə bağlı Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

İctimai Birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Fatimə Mərdanlı //EDnews 

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

İstanbulda zəlzələ zamanı hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir
16:45 23.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? II Hissə: Çinin Afrika Siyasəti
13:25 23.04.2025
Bakıda leysan yağacaq, şimşək çaxacaq
12:14 23.04.2025
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü İsrail çempionu olub
12:01 23.04.2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
12:00 23.04.2025
AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
11:47 23.04.2025
Çin şirkətləri ilə yaşıl enerji üzrə 6 sənəd imzalanıb
11:33 23.04.2025
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Qurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
11:22 23.04.2025
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
11:22 23.04.2025
Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır
11:18 23.04.2025
Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
11:00 23.04.2025
Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb
10:55 23.04.2025
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
10:44 23.04.2025
Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər
10:40 23.04.2025
Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək
10:35 23.04.2025
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
10:30 23.04.2025
"Azərbaycanla münasibətlərimiz keyfiyyətcə yeni səviyyədədir"
10:29 23.04.2025
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
10:22 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
10:16 23.04.2025
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
10:12 23.04.2025
Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub
10:11 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
05:00 23.04.2025
23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür
01:22 23.04.2025
Türkiyə Böyük Millət Məclisi 105-ci ildönümünü qeyd edir
00:05 23.04.2025
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
00:01 23.04.2025
Vaksin Diplomatiyası: Dünyanın Siyasi Landşaftı Necə Dəyişdi?
19:33 22.04.2025
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
16:45 22.04.2025
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
15:53 22.04.2025
Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib
15:51 22.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? I Hissə: Kolonializm süqut edir, yoxsa dəyişir?
13:35 22.04.2025
Serbiyanın milli televiziyasının blokadası davam edir
12:59 22.04.2025
Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib
12:54 22.04.2025
Heykəltəraş Zurab Sereteli Gürcüstanda dəfn ediləcək
12:38 22.04.2025
Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək
12:25 22.04.2025
Hesablama Palatasının göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsi və tamamlaması təklif olunub
12:09 22.04.2025
Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
12:01 22.04.2025
"Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə töhfə verməyə hazırıq"
12:00 22.04.2025
Sabah Cəlilabadın bəzi küçələrində qaz olmayacaq
11:55 22.04.2025
Qarsda ermənilərin cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu müzakirə edilib
11:47 22.04.2025
Aşıq Ələsgərin vəfatının 100 illik yubileyi UNESCO-nun tədbirlər proqramına daxil edilib
11:40 22.04.2025
Hamısı