Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

Xarici siyasət 11:22 23.04.2025

Bu gün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Kosmik Agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin 4-cü illik görüşü keçirilir.

 “EDnews” xəbər verir ki , bu strateji toplantı, türk dövlətlərinin kosmik sahədə qarşılıqlı əlaqələrini gücləndirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədi daşıyır.

Əməkdaşlığın mərkəzində ortaq texnologiyaların yaradılması, insan kapitalına yatırımlar və kosmosun dinc məqsədlərlə istifadəsi dayanır.

TDT çərçivəsində möhkəmlənən əməkdaşlıq və Türk dövlətlərinin kosmik sahədəki birliyi müasir dövrdə sadəcə mənəvi bağları deyil, strateji maraqları da əks etdirir. Bu əməkdaşlıq regionun texnoloji müstəqilliyini artırmaqla yanaşı, onun beynəlxalq kosmik gündəmdə daha fəal rol oynamasına şərait yaradır.

Toplantı çərçivəsində aşağıdakı mühüm məsələlər müzakirə edilir.

- Birgə CubeSat layihəsi: TDT çərçivəsində icra ediləcək bu peyk təşəbbüsü, üzv ölkələr arasında texniki bilik mübadiləsini genişləndirməklə yanaşı, karbon dioksid və metan kimi istixana qazlarının monitorinqi vasitəsilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verəcək.

- Kosmos sahəsində hüquqi çərçivənin standartlaşdırılması: Azərbaycan tərəfindən təklif edilən bu təşəbbüs, ortaq hüquqi baza yaratmaqla gələcək birgə layihələrin reallaşdırılmasını asanlaşdıracaq. Tətbiq olunacaq model, BMT-nin kosmosla bağlı beynəlxalq müqavilələrinə uyğun şəkildə hazırlanacaq.

- Virtual Kosmik Akademiyanın yaradılması: 21 aparıcı universitetin iştirakı ilə qurulacaq bu rəqəmsal platforma, regionun gənc istedadlarına daha geniş təhsil imkanı yaradacaq və Azərbaycanın gələcəkdə kosmik təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcək.

- GUHEM Kosmos Düşərgəsi və təhsil layihələri: Türkiyədə baş tutacaq düşərgənin təqdimatı ilə yanaşı, coğrafi informasiya sistemləri (GIS) üzrə təlimlərin TDT ölkələrində tətbiqi məsələsi də gündəmə gətirildi.

- Türk Dünyası təşkilatlarının kosmik agentliklilərinin görüşlərinin mütəmadi təşkili : Bu təşəbbüs sayəsində üzv və müşahidəçi ölkələr arasında əməkdaşlıq və bilik mübadiləsi sistemli şəkildə həyata keçiriləcək.

Fatimə Mərdanlı //EDnews 

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

İstanbulda zəlzələ zamanı hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir
16:45 23.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? II Hissə: Çinin Afrika Siyasəti
13:25 23.04.2025
Bakıda leysan yağacaq, şimşək çaxacaq
12:14 23.04.2025
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü İsrail çempionu olub
12:01 23.04.2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
12:00 23.04.2025
AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
11:47 23.04.2025
Çin şirkətləri ilə yaşıl enerji üzrə 6 sənəd imzalanıb
11:33 23.04.2025
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Qurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
11:22 23.04.2025
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
11:22 23.04.2025
Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır
11:18 23.04.2025
Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
11:00 23.04.2025
Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb
10:55 23.04.2025
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
10:44 23.04.2025
Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər
10:40 23.04.2025
Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək
10:35 23.04.2025
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
10:30 23.04.2025
"Azərbaycanla münasibətlərimiz keyfiyyətcə yeni səviyyədədir"
10:29 23.04.2025
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
10:22 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
10:16 23.04.2025
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
10:12 23.04.2025
Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub
10:11 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
05:00 23.04.2025
23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür
01:22 23.04.2025
Türkiyə Böyük Millət Məclisi 105-ci ildönümünü qeyd edir
00:05 23.04.2025
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
00:01 23.04.2025
Vaksin Diplomatiyası: Dünyanın Siyasi Landşaftı Necə Dəyişdi?
19:33 22.04.2025
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
16:45 22.04.2025
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
15:53 22.04.2025
Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib
15:51 22.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? I Hissə: Kolonializm süqut edir, yoxsa dəyişir?
13:35 22.04.2025
Serbiyanın milli televiziyasının blokadası davam edir
12:59 22.04.2025
Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib
12:54 22.04.2025
Heykəltəraş Zurab Sereteli Gürcüstanda dəfn ediləcək
12:38 22.04.2025
Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək
12:25 22.04.2025
Hesablama Palatasının göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsi və tamamlaması təklif olunub
12:09 22.04.2025
Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
12:01 22.04.2025
"Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə töhfə verməyə hazırıq"
12:00 22.04.2025
Sabah Cəlilabadın bəzi küçələrində qaz olmayacaq
11:55 22.04.2025
Qarsda ermənilərin cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu müzakirə edilib
11:47 22.04.2025
Aşıq Ələsgərin vəfatının 100 illik yubileyi UNESCO-nun tədbirlər proqramına daxil edilib
11:40 22.04.2025
Hamısı