Yanıqlar zamanı ilk tibbi yardım Bunu hamı bilməlidir!

Sağlamlıq 15:18 24.05.2017

Yanğın hadisəsindən heç birimiz sığortalanmamışıq. Yanıq ən ağır xəsarət hesab olunsa da, bəzən nə özümüzü, nə də yaxınlarımızı bundan uzaq tuta bilirik. Hətta aramızda uşaq vaxtı yüngül də olsa, yanıq xəsarəti almayan az adam tapılar. Odur ki, yanıq xəsarəti alanlara ilk tibbi yardımın necə göstərilməli olduğunu da hamımız bilməliyik.

Təəssüf ki, çoxumuz belə hallarda özümüzü itiririk və necə davranmalı olduğumuzu bilmirik. Adi yanıq xəsarəti zamanı belə, ilk tibbi yardımın necə ediləcəyindən məlumatsızıq. Bunu nəzərə alaraq Ailem.az Respublika Yanıq Mərkəzinin cərrahı Ülviyyə Zeynalova ilə söhbət edib.

Ü.Zeynalova deyir ki, yanıqlar dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə 4 cür olur.

1-ci dərəcə zədə yerində dərinin qızarması və şişkinliyi, 2-ci dərəcə açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi, 3-cü A dərəcə böyük gərgin suluqların əmələ gəlməsi ilə müşahidə olunur. Suluqların divarları adətən cırılmış, yaranın dibi çəhrayı rəngdə və nəm olur. Ağrı hissi suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha gecikmiş müddətlərdə açıq sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər. 3-cü B dərəcə qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsinə səbəb olur. 4-cü dərəcəli yanıqlar isə ən ağır və çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Buna kömür yanığı deyilir. 4-cü dərəcəli yanıqlar oynaqlarda olarsa, amputasiya aparılır. Bu yanıq yarasının sahəsi böyükdürsə, insanın həyatını xilas etmək də çətin olur.

Həkimin sözlərinə görə, yanıqların sağalma müddəti onların dərəcələrinə görə dəyişir: “1-ci dərəcəli yanıq ən asan sağalan yanıqdır. 2-ci dərəcəli yanıqda sağalma dövrü 14 gündən sonra başlayır, 21-ci günə qədər çəkir. 3-cü dərəcəli yanıqların sağalma dövrü də xeyli vaxt aparır. 4-cü dərəcəli yanıqlar isə ən gec sağalan yanıqlardır. 4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır”.

Cərrah qeyd edir ki, yanıq hadisəsi baş verən zaman xəstəyə ilk tibbi yardımın necə göstərilməsi önəmlidir. İlk tibbi yardımın səhv göstərilməsi yanıq yarasının daha da ağırlaşmasına səbəb ola bilər: “Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu, alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, adyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda, onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər. Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz. Bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır. Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır. Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçib getməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Çox təəssüf ki, bəzən evdə yanan sahəyə diş məcunu, kartof, yağ, yağlı məlhəmlər, vazelin və sair sürtürlər. Bu, qəti qadağandır. Bununla siz yanan dəridən istiliyin xaric olunmasının qarşısını almış olursunuz. Dəri su ilə soyudulandan sonra yanıq sahəsinə yanıqlara qarşı olan “Pantenol” adlı dərman çəkmək lazımdır. Ardınca "Betadin"lə sarğı qoyulmalıdır. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla vermək lazımdır. Çoxlu su, maye vermək olmaz, çünki qaytara bilər. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün ağrı şokunun qarşısını almaq məqsədi ilə ağrıkəsici dərmanların verilməsi çox vacibdir”.

Ü. Zeynalova vurğulayıb ki, son vaxtlar valideynlərin səhlənkarlığı üzündən 8 ayından 2 yaşına qədər uşaqların yanıq xəsarətləri almasına tez-tez rast gəlinir. Ona görə də valideynlər xüsusilə bu yaşlarda uşaqları yanğına səbəb olacaq maddələrdən uzaq tutmalı, isti suyu, südü, çayı, hətta yeməyi onların əli çatacaq yerə qoymamalıdır. 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Pozuntular barədə məlumat verənlər üçün təhlükəsiz mexanizmlər yaradılmalıdır"
11:32 24.05.2025
Ukrayna məhkəməsi Dağıstan rəhbəri haqqında həbs qərarı verdi
10:28 24.05.2025
Qızılın qiyməti 3400 dollara yaxınlaşıb
09:22 24.05.2025
Trampın Yaxın Şərq triumfu: İnqilablarla yox, bizneslə fəth
09:19 24.05.2025
ABŞ və Aİ-də islamofobiya güclənir"
06:37 24.05.2025
ABŞ Suriyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını dayandırdı
05:35 24.05.2025
Virtz "Liverpul"a keçmək istəyir
00:40 24.05.2025
"Napoli" dördüncü dəfə ölkə çempionu oldu
00:33 24.05.2025
İlon Maskla Ağ Ev arasındakı münasibətlər niyə soyuyub?
20:49 23.05.2025
Tramp ABŞ Universitetlərindən Nə İstəyir?
19:20 23.05.2025
Yunan Mifologiyası Dünya Elminə nə qatdı?
14:40 23.05.2025
Çin ABŞ-nin yerini niyə tuta bilməz?
13:29 23.05.2025
ABŞ Sudana qarşı sanksiyalar tətbiq edəcək
12:46 23.05.2025
Məleykə Abbasova buraxılış imtahanın nəticələrindən danışdı
11:31 23.05.2025
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
11:05 23.05.2025
Hojlund "Fənərbaxça"ya gəlir?
11:01 23.05.2025
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib
11:01 23.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
10:03 23.05.2025
Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb -FAKTLAR
10:00 23.05.2025
Muslera "Qalatasaray"-dan gedir
09:35 23.05.2025
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
09:16 23.05.2025
ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
08:36 23.05.2025
Bakı Qlobal Şəhərlər indeksində 58 pillə irəlilədi
07:51 23.05.2025
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb
07:09 23.05.2025
“Forbes” Rusiyanın ən zəngin varislərinin adlarını açıqlayıb
05:43 23.05.2025
Avropa Liqasının "ən yaxşı"-sı müəyyənləşdi
01:54 23.05.2025
Böyrək xərçənginin yeni simptomları açıqlanıb
01:04 23.05.2025
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
00:29 23.05.2025
Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub
00:02 23.05.2025
Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
Hamısı