Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQ

Sağlamlıq 17:29 17.01.2018
Burun estetikası ölkəmizdə və Türkiyədə illərdir ən çox müraciət edilən əməliyyatlar siyahısında birinci gəlir. Bəzən nəfəs problemindən, bəzən isə yalnız estetik görüntü səbəbi ilə keçirilən bu əməliyyatlar barədə internetdə bir çox məlumatlar paylaşılır. Təəssüflər olsun ki, bu məlumatların əksəriyyəti, adətən, yalan olur və bu xəbərlər oxucularda, təbii olaraq, yanlış məlumatlar formalaşdırılır. Bununla bağlı mütəxəssis məlumatını diqqətinizə çatdırırıq.
 
Belə ki, Türkiyənin tanınmış qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Dos. Dr. Dənizxan Dizdar burnunu estetik əməliyyat etdirmək istəyən, lakin hələ də suallarına cavab tapa bilməyənlərə öz təcrübəsindən nümunələr paylaşır...
 
Əməliyyatdan əvvəl diqqət edilməsi lazım olanlar…
 
Bu əməliyyata girməyə qərar verdikdən sonra həkiminiz sizin üçün əməliyyat öncəsi bəzi məsləhətlər verməlidir. Bu mərhələdə diqqət yetirilməsi lazım olan bir neçə nüans vardır. Məsələn, ən əhəmiyyətlilərindən biri, xəstə, aspirin  kimi qan duruldan dərmanları əməliyyatdan ən az bir ya da iki həftə əvvəl buraxmalı və istifadə etməməlidir. Əgər əməliyyat olunacaq şəxs bu dərmanların istifadəsinə davam etsə, xəstənin əməliyyatı böyük risk daşıyar və mənfi nəticələnər. Bu da həm xəstəyə, həm də mütəxəssisə mənfi təsir edərək arzuolunan səmərənin alınması çətinləşdirər. Eyni zamanda qeyd etmək istərdim ki, xəstələrin siqaret və spirtli içkilərdən istifadəsi də yaraların sağalmasını olduqca gecikdirər. Bu səbəbdən xəstələr müalicə müddətindən əvvəl bu tip vərdişlərini buraxmalı, heç olmasa mümkün olduğunca ara verməlidirlər.
 
Qadın namizədlərin ən çox soruşduğu suallardan biri isə, onların adət dönəmində  burun estetik əməliyyatı etdirə bilib, bilməyəcəkləri ilə bağlıdır. Namizədlər bu mövzu ilə bağlı mütləq şəkildə seçdikləri həkimlə məsləhətləşməlidirlər. Ancaq bu bioloji baxımdan hər hansısa bir maneə daşımır. Yəni namizədlər bu dönəmlərdə də burun əməliyyatı keçirə bilərlər.
 
Əhəmiyyətli olan nəticənin müsbət olmasıdır…
 
Burnun ucundakı problemlərin tipindən asılı olaraq müxtəlif qığırdaq əlavələri (greftler) və ya tikişlərlə burun quruluşu daha yaxşı hala gətirilə bilir. Günümüzdə burnunun ucunu yenidən formalaşdırmaq üçün toxumalar əvvəlkinə nisbətən daha çox mühafizə edilir. Bu bölgə açıq texniki və ya burun içindən (qapalı texniki) kəsik ilə əməliyyat edilir. Həmçinin, bu əməliyyat lokal, ya da ümumi anesteziya ilə həyata keçirilə bilər. Hər 2 texnikanın müsbət və mənfi tərəfləri vardır və əməliyyatın üsulu xəstənin ehtiyacına görə şeçilər. Hər iki üsuldan hazırda geniş şəkildə istifadə edilir. Əhəmiyyətli olan hansı texniki üsul istifadə edilirsə edilsin, nəticənin müsbət olmasıdır.
 
Rinoplastika əməliyyatında da hər əməliyyatda olduğu kimi bir neçə gün ağrı hiss edilər. Lakin bu, standart ağrıkəsici dərmanlarla müalicə edilə biləcək vəziyyətdir.
 
Əməliyyat sonrası burunda şişlər və göyərmələr…
 
Rinoplastika əməliyyatı burun sümüyünə istiqamətli bir əməliyyat olduğundan bir çox faktora bağlı olaraq burunda şiş meydana gələ biləcəyini təbii hesab edən Dr. Dizdar, bunun səbəblərini belə açıqlayır:
 
"Burada birinci faktor xəstənin dəri quruluşudur. İncə dərili xəstələrdə şişlərə və müəyyən göyərmələrə daha çox rast gəlinir. Əməliyyat sonrası iki gün ard-arda olmaqla, buzdan istifadə edərək şişkinlik və göyərmələri minimuma endirmək mümkündür. İkinci faktor isə mümkün olduğunca az zədə yarada biləcək cərrahi texniki üsulun istifadə edilməsidir. İndiki vaxtda burun cərrahiyyəsi çox inkişaf etmiş vəziyyətdədir və yeni yaranan tibbi texniki alətlərlə istənilən dəyişikliklər edilə bilər. Əməliyyatda yaranan bütün bu göyərmə və şişliklər isə, adətən, 10 gün müddətində tamamilə keçib gedir.
 
Əməliyyatdan sonra xəstə klinikada cəmi bir gecə saxlanılır. Əməliyyat sonrası ikinci gün burunun içinə yerləşdirilən silikonlar çıxardılır. Əməliyyatın yeddinci günündə isə burnun gipsi və burun ucunda tikişlər varsa, onlar açılır. Bundan sonra mütəmadi olaraq,  birinci ay, üçüncü ay və il sonunda müayinələr aparılmalıdır”.
 
Dr. Dizdar, əməliyyatın pik nöqtələrini qeyd edib:
 
- Əməliyyat əvvəlində anesteziya ilə əlaqəli müxtəlif təhlil və tədqiqatlar aparılmalıdır;
 
- Əməliyyatdan əvvəl qrip, soyuqdəymə və bu kimi halların qarşısı alınmalıdır, (Ümumiyyətlə, qrip olan şəxslərdə əməliyyat, adətən, təxirə salınır.);
 
- Əməliyyat öncəsi etdirdiyiniz müalicələrdə istifadə etdiyiniz dərmanları həkiminizə mütləq bildirməlisiniz;
 
- Qan durulaşdıran qidalardan istifadə etməməlisiniz;
 
- Bitki tərkibli dərmanları və ya çaylarını da əməliyyatdan 10 gün əvvəl buraxmalısınız;
 
- Siqaret yaxşılaşma müddətini azaltdığı üçün əməliyyata qərar verdiyiniz andan  siqareti də mütləq tərgitməlisiniz;
 
- Əməliyyata gedərkən lak, jele, makiyaj, saç spreyi kimi kosmetika məhsullarından uzaq durmalısınız;
 
- Əvvəl keçirdiyiniz əməliyyatlar varsa, bunun haqqında həkiminizi məlumatlandırmalısınız.
“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yaydı
18:05 25.04.2025
İran İslam İnqilabı Yaxın Şərqi necə dəyişdi ? II Hissə: Şiəlik və Sünnilik Arasındakı Fərqlər və Tarixi Kontekst
13:22 25.04.2025
Şagirdlərə fövqəladə hallarda düzgün davranış qaydaları öyrədilir
13:06 25.04.2025
Yeni Zelandiyanın Oklend şəhərində güclü yanğın baş verib
13:04 25.04.2025
Qəbələdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı olub
12:57 25.04.2025
Ceyhun Bayramov Kaya Kallası qarşılayıb, ikitərəfli görüş başlayıb
12:54 25.04.2025
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb
12:49 25.04.2025
İranın xarici işlər naziri Omana gedəcək
12:45 25.04.2025
AYB-də “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub
12:31 25.04.2025
Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb
12:23 25.04.2025
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq
12:21 25.04.2025
“Muğam” Televiziya Müsabiqəsi başlayır
12:20 25.04.2025
Türkiyənin Kütahya vilayətində zəlzələ olub
12:12 25.04.2025
Mili Dövlət Konseptinin Azərbaycan Modeli Diplomatiya və Prestij Siyasəti Zamin Axundov yazır...
16:06 24.04.2025
İran İslam İnqilabı Yaxın Şərqi necə dəyişdi ? I Hissə: İran İslam İnqilabı və Yaxın Şərqin Geopolitik Transformasiyası
14:37 24.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? III Hissə: Azərbaycanın Müstəmləkəçilik Təcrübələri
13:15 24.04.2025
Cahangirbəyli kəndi yenidən qurulur
13:00 24.04.2025
Çin Neft Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub
12:54 24.04.2025
İstanbulda 266 afterşok qeydə alınıb
12:52 24.04.2025
Muzey əməkdaşları Sankt-Peterburq şəhərində keçirilən elmi-praktik konfransda iştirak ediblər
12:45 24.04.2025
Çin növbəti kosmik missiyasını orbitə göndərir
12:44 24.04.2025
Bakıda obyektdəki yanğın söndürülüb
12:38 24.04.2025
Vatikanda 9 günlük matəm elan olundu
12:35 24.04.2025
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb
12:32 24.04.2025
“Azərbaycan florasının səhləbkimiləri” kitabı çapdan çıxıb
12:25 24.04.2025
Astanada Qazaxıstan Xalqları Assambleyasının 34-cü sessiyası keçirilir
12:12 24.04.2025
Bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb
12:09 24.04.2025
İran "Hizbullah"ın tərksilah edilməsinə qarışmayacaq
12:06 24.04.2025
İsrailin fövqəladə hallar qrupları meşə yanğınlarını nəzarətə götürüb
12:01 24.04.2025
Hərbi vəzifəlilərə xüsusi təyinatlı hərbi hissədə nəzəri və praktiki məşğələlər keçirilib
11:50 24.04.2025
Pakistan kosmosun sülh şəraitində tədqiqi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır
11:44 24.04.2025
“Azərkosmos” Kosmik Texnologiyalar Konfransı çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq
11:21 24.04.2025
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında mübarizə aparacaq
11:21 24.04.2025
“NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər
11:21 24.04.2025
BSU-da “Suverenlik və Konstitusiya hüquqları” mövzusunda dəyirmi masa keçirilib
11:15 24.04.2025
Fransiskin vəfatı ilə əlaqədar İtaliyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb
11:12 24.04.2025
Türkiyədə “Azərbaycan kino günləri” təşkil olunacaq
10:43 24.04.2025
Kosmik Texnologiyalar Konfransı gələn il Özbəkistanda keçiriləcək
10:23 24.04.2025
Azərbaycan ABŞ-də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq
10:20 24.04.2025
ILRS Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq imkanlarını genişləndirə bilər
10:20 24.04.2025
Hamısı