Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti tapılıb.
EDnews xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.







